Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / İnam varsa Qərbi Azərbaycana qayıdış günü yaxındadır

İnam varsa Qərbi Azərbaycana qayıdış günü yaxındadır

27.12.2022 [22:42]

Ötən əsrin əvvəlindən ta sonuncu onilliyinə qədər müasir Ermənistan ərazisindəki tarixi mahallarımızda yaşayan yüz minlərlə soydaşımız ermənilərin “özümə yer eyləyim, gör, sənə neylərəm” niyyəti ilə rusların Türk dünyasını parçalamaq, bir-birindən ayrı salmaq siyasətinin qurbanı olmuş, öz əzəli torpaqlarından deportasiya edilmişdilər.  

Deportasiya aktı əslində mənfur genosid siyasətinin tərkib hissəsi olsa da, Azərbaycan türklərinə münasibətdə bunu bu cür tövsiyə edən yox idi və istər Kremldə, istərsə də Ermənistanda hesab edirdilər ki, bu, belə də olmalıdır, bütöv xalqı öz dədə-baba yurdlarından çıxarmaq və buna görə məsuliyyət daşımamaq olar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qərbi Azərbaycan İcması İctimai Birliyində ziyalılarla keçirdiyi görüşdə bunu ifadə edərək qeyd etdi ki, “Qərbi Azərbaycan bizim tarixi torpağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Əfsuslar olsun ki, Ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağıdıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər. Çünki tarix var, sənədlər var, xəritələr var. Bu binada nümayiş etdirilən, XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb.” 

Cənab Prezident zaman-zaman bu fikri vurğulamaqla dünya güclərinə, ermənilərin havadarlarına xatırladır ki, sizin düşüncənizdən asılı olmayaraq tarix tarixliyində qalır. Bu tarix bir millətin mübarizə tarixidir və onu silmək, unutdurmaq mümkün deyildir. İstər çarizm dövründə, istərsə də Sovetlər Birliyi dönəmində xalqımıza qarşı bir çox cinayətlər törədilmiş, deportasiya, ayrı-seçkilik siyasəti yürüdülmüş, bir xalqın məhv edilməsi üçün nə gərəkirsə həyata keçirilmişdir. 

1918-ci ildə yol verilmiş səhvin nəticəsində qurulan Ermənistan dövləti əzəli Azərbaycan torpaqlarının zaman-zaman tarixi Vətəndən qoparılmasına, əhalinin zülm və istibdada məruz qalmasına səbəb olmuşdur. İrəvanın Ermənistana güzəşt edilməsi ilə kifayətlənməyən ermənilər 1920-ci ildə öz havadarlarının köməyi və birbaşa dəstəyi ilə Zəngəzur ərazisini də Ermənistana qata bilmişlər. 

Ulu Öndərimiz Heydər Əliyev  “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpoziumu zamanı çıxışında qeyd edirdi ki, “İndi Ermənistan adlanan ərazi, Qərbi Azərbaycan – İrəvan mahalı, Göyçə mahalı, Zəngibasar mahalı, Zəngəzur mahalı – bunlar hamısı müsəlmanlar, azərbaycanlılar yaşayan diyarlar olubdur. Təəssüf ki, bu ərazilərdən, diyarlardan müsəlmanlar çıxarılıblar, indi bu ərazilərdə bir nəfər də olsun müsəlman yoxdur. Bu da Ermənistan millətçiliyi, erməni ekstremizmi, erməni şovinizmi siyasətinin nəticəsidir.” 

Bəli, təəssüf ki, onda vəziyyət belə idi və ermənilərin havadarları türk düşmənçiliyindən, erməni qaniçənliyindən bəhrələnərək xalqımıza qarşı hər cür cinayətlərə əl atır, ermənilərin əli ilə bu torpaqlarda hər cür çirkin əməllərə imza atırdılar.  Yalnız Ulu Öndər Heydər Əliyevin Azərbaycanda birincə dəfə  hakimiyyətə gəlişindən sonra biq qədər səngiyən bu proses 1987-ci ildən sonra yenidən alovlandı.

Heydər Əliyevin hakimiyyətdən-SSRİ rəhbərliyindən uzaqlaşdırılmasından ruhlanan ermənilər Azərbaycana qarşı başlatdıqları siyasəti daha açıq və qanlı formada davam etdirməyə başladılar. Nəticədə Şərqi Zəngəzur və Qarabağ torpaqları ermənilərin işğalı altına düşdü. 30 ilə yaxın müddət ərzində dünya bu prosesə ya seyrçi mövqe tutdu, ya da ki erməni millətçiliyinə haqq qazandırdı. 

Cənab prezident İlham Əliyevin qeyd etdiyi kimi “Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi.” İki dəfə ATƏT-in faktaraşdırıcı missiyası o vaxt işğal altında olan torpaqlara göndərilsə də bu fakta onların məruzəsində əksini tapmadı. BMT-nin qətnamələri nəinki icra edilmədi, heç buna cəhd də edilmədi. Yalnız 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyevin apardığı siyasət nəticəsində Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvür tamamilə dəyişdi. Daha sonra Heydər Əliyev siyasi kursunu uğurla davam etdirən cənab prezident İlham Əliyev bu prosesi uğurla davam etdirdi. Bu siyasətin məntiqi nəticəsi olaraq Azərbaycan 44 günlük Vətən müharibəsində tarixi Zəfərə imza atdı. Şərqi Zəngəzuru və Qarabağı düşmən tapdağından azad edərək ərazi bütövlüyüynü bərpa etdi. Bu mübarizədə bizə dəstək olan qardaş Türkiyənin mövqeyi siyasi və mənvəi dəstəyi unudulmaz təəssüratla yadda qaldı. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Ordumuz elə bir tarixi qələbə qazandı ki, dünya heyrətə gəldi. Əslində bu qələbə təkcə ermənilər üzərində deyil, həm də onların havadarları üzərində də qazanılmışdı. Cənab prezidentin qeyd etdiyi kimi “Qarabağın, Şərqi Zəngəzurun döyüş meydanında azad edilməsi tarixi hadisədir və Azərbaycan durduqca Azərbaycan tarixində qalacaq. Bu il əldə edilən həm hərbi, həm siyasi uğurlarımız da gələcək üçün zəmin yaradır. Həm qayıdış üçün, həm təhlükəsizlik üçün, həm Azərbaycanı güclü dövlət kimi qəbul etmək istəməyənlər üçün də bir dərs oldu və bir daha göstərdi ki, bizi heç kim və heç nə dayandıra bilməz.”

İndi isə hədəf məlumdur.  İlk növbədə tarixi torpaqlara qayıtmaq, qədim yurd yerlərini bərpa etmək və gələcək nəsillərə bütöv, bölünməz Azərbaycan təqdim etmək. Bu xüsusda aparılan siyasətin rəhbəri isə xalqın xilaskar sərkərdəsi İlham Əliyevdir. Onun apardığı mübarizə xalq tərəfindən birmənalı şəkildə dəstəklənir.

Cənab Prezident atdığı hər addımla xalqa xüsusi mesaj çatdırır ki biz əzəli torpaqlarımıza mütləq qayıdacağıq və bu bizim həyata keçirdiyimiz siyasətin əsas qayəsidir. Demokratik dəyərlərə və milli adətlərə daim sadiq qalan Prezident İlham Əliyevin öz əvvəlki ad günlərini məcburi köçkünlərlə keçirməsi və 24 dekabrda Qərbi Azərbaycan  İcmasının üzvləri ilə keçirməsi də xüsusi məna daşıyır.

İcma üzvləri ilə görüşün mahiyyətində isə bu fikir dayanır ki, indi Azərbaycan son 200 ildə heç vaxt olmadığı qədər güclüdür və iki əsr boyunca onu təqib edən, incidən, zülmə məruz qoyan qüvvələrlə baş-başa haqq davası edə bilir. Bəli, məhz haqq davası. O dava ki, babalarımızın uyuduğu torpaqlardan yadellilərin təmizlənməsi, Vətən torpağının əzəli sahiblərinə qaytarılması davasıdır. Biz bu davada qalib gələcəyimizə inanırıq. Çünki bu yolda xalqı qələbəyə aparan qalib Sərkərdəmiz, qəlbimizdə Vətən məhəbbəti var. 

Qalib sərkərdə inamlıdır, qətiyyətlidir və sözünün ağasıdır. O, nəyi, necə və nə vaxt etmək lazım olduğunu bilir və deyir: “Ona görə də Qərbi azərbaycanlılar da heç vaxt inamı itirməməlidir. Gün gələcək, biz Qərbi Azərbaycanda da gözəl məclis keçirəcəyik və bu günü xatırlayacağıq.” 

Natiq Quluzadə,

YAP Zəngilan rayon təşkilatının sədri

Paylaş:
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28