Uğurla və davamlı şəkildə aparılan işlər ölkəmizin inkişafına öz töhfəsini verəcək
16.01.2023 [13:30]
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bir çox mühüm məsələlərə toxunub. Dövlət başçısı mühüm tarixi və siyasi məqamları diqqətə çatdırmaqla yanaşı, yeni şəraitdə həm regional, həm də beynəlxalq təhlükəsizlik və əməkdaşlıqla əlaqədar Azərbaycanın mövqeyini aydın ifadə edib. Ölkə başçısı həmçinin vacib mesajlar verməklə yanaşı, Ermənistana və onun havadarlarına ciddi xəbərdarlıq edib.
2022-ci ildə qarşıya qoyulan bütün vəzifələrin yerinə yetirildiyini bildirən Prezident İlham Əliyev müharibənin nəticələrinin dünya tərəfindən qəbul edildiyini deyib və əminliklə söyləyib ki, Azərbaycanın haqlı olması bir daha təsdiqlənib və müharibənin sonunda yaranmış vəziyyəti biz daha da möhkəmləndirməliyik, yəni, öz mövqelərimizi daha da gücləndirməliyik. Son iki il ərzində həm beynəlxalq əlaqələr müstəvisində, həm ölkə daxilində biz istədiyimizə nail ola bilmişik.
Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır. Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır.
Dövlətimziin başçısı postmüharibə dövründəki reallıqlara da toxunub və vurğulayıb ki, müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.
Müstəqillik illərində Azərbaycan Respublikasının əldə etdiyi nailiyyətlər, hazırkı inkişaf səviyyəsi göstərir ki, ölkəmiz qarşıya qoyulan hədəflərə çatmaq üçün güclü potensiala malikdir.Bu gün Azərbaycan güclü iqtisadiyyata, dayanıqlı siyasi-hüquqi və sosial-müdafiə sisteminə, təhlükəsiz və sabit ictimai-siyasi mühitə, yenilənmiş infrastruktura malik, beynəlxalq təşkilatlara inteqrasiya olunmuş bir dövlətdir. 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev ölkənin sağlam qüvvələrini, bacarıqlı, vətənpərvər və intellektual insanlarını ətrafına toplayaraq böyük vəzifələrin öhdəsindən uğurla gəldi və Azərbaycanın yüksəlişinin əsaslarını yaratdı. Onun rəhbərliyi və iradəsi ilə demokratik, hüquqi dövlətə və azad cəmiyyətə xas olan institutlar və təsisatlar, bazar münasibətlərinə əsaslanan iqtisadiyyat, ədalətli sosial siyasət formalaşdırıldı, mədəniyyət, təhsil, səhiyyə, idman və ekoloji problemlərə diqqət artırıldı.
Ancaq dünyada ziddiyətli vəziyyət mövcuddur. Azərbaycan dövləti həm regional, həm də beynəlxalq aləmdə beynəlxalq hüququn prinsiplərinə əməl edir. Baxmayaraq ki, ölkəmiz Ermənistanın təcavüzünə məruz qalıb, eyni zamanda, bununla bağlı haqsızlıqla üz-üzə qalıb. Qarabağ zəfəri üçün illərdir ki, mühüm təməllər atılmaqda idi. Vətən müharibəsində Azərbaycan xalqı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz gücünü səfərbər edərək milli qürur və ləyaqətin bərpasına, işğal faktının, tarixi ədalətsizliyin aradan qaldırılmasına nail oldu.30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda aparılan abadlıq yenidənqurma işləri tezliklə regionda inkişafın, canlanmanın və məskunlaşmanın formalaşmasına gətirib çıxaracaq. Uğurla və davamlı şəkildə aparılan işlər ümumi fonda ölkəmizin inkişafına öz töhfəsini verəcəkdir.
Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Xəbər lenti
05 Fevral 22:33

Xəbər lenti
05 Fevral 21:57

Xəbər lenti
05 Fevral 18:00

Xəbər lenti
05 Fevral 17:37

Xəbər lenti
05 Fevral 14:28

Dünya
05 Fevral 13:49

Xəbər lenti
05 Fevral 13:09

Dünya
05 Fevral 13:00

Xəbər lenti
05 Fevral 12:53

Xəbər lenti
05 Fevral 12:16

Dünya
05 Fevral 11:38

Xəbər lenti
05 Fevral 11:00

Xəbər lenti
05 Fevral 10:43

Xəbər lenti
04 Fevral 17:55

Xəbər lenti
04 Fevral 16:07

Xəbər lenti
04 Fevral 16:04

Xəbər lenti
04 Fevral 15:05

Xəbər lenti
04 Fevral 15:02

Xəbər lenti
04 Fevral 14:59

Xəbər lenti
04 Fevral 13:34

Xəbər lenti
04 Fevral 12:36

Xəbər lenti
04 Fevral 12:34

Xəbər lenti
04 Fevral 11:52

Xəbər lenti
04 Fevral 11:30

Xəbər lenti
04 Fevral 11:15

MEDİA
04 Fevral 11:00

Sosial
04 Fevral 10:51

Xəbər lenti
04 Fevral 10:46

Sosial
04 Fevral 10:44

Analitik
04 Fevral 10:40

Siyasət
04 Fevral 10:34

Siyasət
04 Fevral 10:24

Gündəm
04 Fevral 10:21

Siyasət
04 Fevral 10:17

Siyasət
04 Fevral 10:14

Xəbər lenti
03 Fevral 21:22

Xəbər lenti
03 Fevral 19:40

Xəbər lenti
03 Fevral 18:08

Xəbər lenti
03 Fevral 17:34

Xəbər lenti
03 Fevral 17:00

Maraqlı
03 Fevral 16:44

Xəbər lenti
03 Fevral 16:18

Siyasət
03 Fevral 15:31

Dünya
03 Fevral 15:22

Xəbər lenti
03 Fevral 15:09

Xəbər lenti
03 Fevral 14:55

İqtisadiyyat
03 Fevral 14:53

Xəbər lenti
03 Fevral 14:20

Maraqlı
03 Fevral 14:19

Xəbər lenti
03 Fevral 13:18

Xəbər lenti
03 Fevral 13:16

Xəbər lenti
03 Fevral 13:10

Xəbər lenti
03 Fevral 13:07

Xəbər lenti
03 Fevral 12:48

Xəbər lenti
03 Fevral 12:39

Xəbər lenti
03 Fevral 12:35

İqtisadiyyat
03 Fevral 12:04

Xəbər lenti
03 Fevral 12:03

Xəbər lenti
03 Fevral 12:01

Xəbər lenti
03 Fevral 12:00

Xəbər lenti
03 Fevral 11:57

Xəbər lenti
03 Fevral 11:50

Xəbər lenti
03 Fevral 11:47

İqtisadiyyat
03 Fevral 11:16

Xəbər lenti
03 Fevral 11:14

Xəbər lenti
03 Fevral 11:03

Xəbər lenti
03 Fevral 11:02

Sosial
03 Fevral 11:00

Xəbər lenti
03 Fevral 10:58

Ədəbiyyat
03 Fevral 10:56
