Azərbaycanda investisiya mühiti çox müsbətdir
23.01.2023 [10:31]
Məlumdur ki, dünyada yaşanan narahatlıqlar fonunda Azərbaycanın yüksək investisiya qoyuluşuna malik olması, ölkəmizin müsbət reallıqları ilə bağlıdır. Azərbaycan dövləti, şəxsən ölkə Prezidenti, cənab İlham Əliyev respublikamızın investisiya cəlbediciliyinin davamlı şəkildə artmasına qətiyyətli siyasi iradə nümayiş etdirir. Son illərdə respublikamızın investisiya cəlbediciliyinin artmasına hesablanan güclü hüquqi bazanın yaradılması və praktiki müstəvidə ardıcıl tədbirlərin görülməsi deyilənləri əyani şəkildə təsdiqləyir.
Ölkəmizdə yeni şəraitdə reallaşdırılan islahat tədbirləri sırasında investisiyaların səmərəli təşviqi mexanizminin işə salınması böyük əhəmiyyət daşıyır. Ölkə Prezidenti, cənab İlham Əliyevin iqtisadiyyatın yeni şəraitdə inkişafının təmin edilməsi məqsədilə imzaladığı sənədlər içərisində investisiya fəaliyyətinin genişləndirilməsi, biznes mühitinin yaxşılaşdırılması, sənaye istehsalının artırılması məqsədilə imzaladığı “İnvestisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında” müvafiq Fərmanı xüsusi yer tutur. Bu Fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiqlənib. Qaydalarda ölkənin investisiya cəlbediciliyinə nail olmaq üçün böyük güzəştlər nəzərdə tutulub. Ölkəmizin investisiya cəlbediciliyinin artırılmasına hesablanan sənədlərdən biri də, “Qeyri-neft sektorunda rəqabətqabiliyyətli daxili istehsalın dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin imzaladığı müvafiq Sərəncamdır. Sənəddə ölkənin investisiya cəlbediciliyinin artırılması ilə bağlı müəyyənləşdirilən starteji məqsədlərə çatmaq, o cümlədən də ölkədə istehsal edilməyən yeni rəqabətqabiliyyətli məhsulların istehsalının təşkili üçün “Azərbaycanda ilk” (“First in Azerbaijan”) investisiya təşviqi mexanizminin, eləcə də, ölkə iqtisadiyyatına birbaşa investisiyalar cəlb edilməsinin dəstəklənməsi məqsədilə “Azərbaycana sərmayə” (“Invest in Azerbaijan”) mexanizmlərinin tənzimlənməsi Qaydası” ilə bağlı mühüm müddəalar yer alıb.
Bu və digər islahat tədbirləri investorlarda ölkəmizdə müxtəlif sahələrə sərmayələr yönəltməyə böyük inam yaradıb. Son illərdə respublikamıza yönəldilən investisiyaların strukturunda həm daxili, həm də xarici investisiyaların həcmləri böyük rəqəmlərlə ölçülür. Azərbaycan xarici və daxili sərmayələri cəlb etməklə özünün uğurlu inkişafını təmin edir. Yüksəksəviyyəli infrastruktur quruculuğu daxili investisiya qoyuluşunun çox mühüm istiqamətlərindən birini təşkil edir. Paytaxt Bakıda və bölgələrdə dövlət investisiya qoyuluşu hesabına yaradılan müasir sosial və iqtisadi təyinatlı infrastruktur sayəsində Azərbaycan dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Eyni zamanda, bu gün, Azərbaycanla əməkdaşlıq etmək və milli iqtisadiyyatımıza sərmayələr yönəltmək istəyən ölkələrin və transmilli şirkətlərin sayı kifayət qədər çoxdur. Bu sırada öncül yerləri tutan Türkiyənin, Rusiyanın, İranın, Böyük Britaniyanın, İtaliyanın, Almaniyanın, ABŞ-ın və digər ölkələrin şirkətlərinin fəallığını xüsusi qeyd edə bilərik. Azərbaycana yönəldilən investisiyaların böyük bir qismi Avropa İttifaqı ölkələrinin payına düşür...
Müşfiq Səfərov.
Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxXəbər lenti
17 May 20:12
Siyasət
17 May 20:09
Dünya
17 May 19:36
Gündəm
17 May 18:58
Sosial
17 May 18:42
Siyasət
17 May 18:37
Gündəm
17 May 18:35
Dünya
17 May 18:17
Gündəm
17 May 17:59
Siyasət
17 May 17:39
Siyasət
17 May 17:36
Dünya
17 May 17:31
Siyasət
17 May 16:39
Siyasət
17 May 16:38
Dünya
17 May 16:25
Siyasət
17 May 15:55
Dünya
17 May 15:38
Dünya
17 May 14:19
Siyasət
17 May 14:17
Siyasət
17 May 13:38
Sosial
17 May 13:25
Dünya
17 May 12:40
Dünya
17 May 12:19
Gündəm
17 May 12:05
Gündəm
17 May 11:45
Gündəm
17 May 11:41
Dünya
17 May 11:28
Gündəm
17 May 11:25
Dünya
17 May 11:10
İdman
17 May 10:45
Gündəm
17 May 10:35
Dünya
17 May 10:31
Siyasət
17 May 09:57
Dünya
17 May 09:54
Dünya
17 May 09:20
Dünya
17 May 08:42
Dünya
17 May 07:25
Siyasət
17 May 07:19
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:18
Siyasət
17 May 07:17
Siyasət
17 May 07:16
Elm
17 May 07:15
Dünya
16 May 23:17
Sosial
16 May 22:23
Sosial
16 May 21:54
Dünya
16 May 21:40
Dünya
16 May 20:29
Dünya
16 May 19:16
Dünya
16 May 18:33
Sosial
16 May 17:22
Sosial
16 May 16:48
Siyasət
16 May 15:50
Sosial
16 May 14:27
Gündəm
16 May 13:05
Gündəm
16 May 12:21
Gündəm
16 May 11:59
Siyasət
16 May 11:36
İqtisadiyyat
16 May 11:14
Sosial
16 May 10:53
Analitik
16 May 10:30
Analitik
16 May 10:17
Ədəbiyyat
16 May 09:58
Analitik
16 May 09:31
Sosial
16 May 09:15
Ədəbiyyat
16 May 08:50
Ədəbiyyat
16 May 08:33
Dünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14

