Azərbaycan -Türkiyə həmrəyliyi, dostluğu və qardaşlığı əbədidir
13.02.2023 [10:32]
Günümüzün reallığı onu göstərir ki, tarixi köklərlə bağlı olan Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı həyat boyu davam edəcək. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Biz tək bu gün deyil, ölənədək birlikdə olacağıq. Bir millət, iki dövlət olaraq yola davam edəcəyik!" deməsi tarixin və zamanın sınaqlarından hər zaman üzüağ çıxan bu iki qardaş ölkənin, Azərbaycan və Türkiyənin əbədi həmrəyliyini, dostluğunu, qardaşlığını, bütün çətinliklərin öhdəsindən gəlməyə qadir olduğunu, yaşanan fəlakətlərə, çətinliklərə birliklərinin gücü və əzmi ilə qalib gəldiklərini təcəssüm etdirir.
Bu sarsılmaz qardaşlığın nəticəsidir ki, Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən dərhal sonra ölkəmiz qardaş Türkiyəyə dərhal dəstək olan ilk ölkə oldu. Faciə baş verən gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla telefon vasitəsilə danışaraq Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini bildirən Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə qardaş Türkiyənin zəlzələ bölgəsinə dərhal yardım göstərilməsi ilə bağlı təxirəsalınmaz tədbirlər görülüb. Prezident İlham Əliyevin başsağlığı vermək üçün müraciət etdiyi Türkiyə səfirinə “Biz bütün varlığımızla biz Sizinlə bir yerdəyik və bilirsiniz ki, durmadan heyətlər göndərilir. Eyni zamanda həkimlər, xilasedicilər, könüllülər göndərilir və göndəriləcəkdir" deyərək, Azərbaycan xalqının könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün kimin əlində nə var onu gətirdiyini diqqətə çatdırması, iki ölkə arasında təkcə dövlətlərarası səviyyədə deyil, dövlət başçıları səviyyəsində deyil, insanlar səviyyəsində də əsl qardaşlıq əlaqələrinin mövcud olduğunu bütün dünyaya bir daha nümayiş etdirdi. Prezident onu da məlumat verdi ki, özəl şirkətlər artıq fəaliyyətə keçiblər və həm maddi yardım, eyni zamanda texniki yardım göstərməyə başlamışlar: "Mənim göstərişimlə bizim ən böyük şirkətimiz SOCAR öz dəstəyini verməyə başlayır".
Prezidentin tapşırığına əsasən, Azərbaycan dövləti zəlzələ baş verdikdən dərhal sonra Türkiyəyə hərtərəfli yardım göstərir. Fevralın 6-dan Azərbaycandan Türkiyəyə təyyarələr və avtomobil karvanları göndərilib. Ümumilikdə, faciə baş verdiyi dövrdən Fövqəladə Hallar Nazirliyinin, Səhiyyə Nazirliyinin yüzlərlə nəfərlik şəxsi heyəti Türkiyəyə göndərilib. Yardım xilasetmə işlərində iştirak edən şəxsi heyət və tibbi personaldan başqa, xilasetmə işlərində istifadə olunan ləvazimatlar, generatorlar, nasos stansiyaları, avtomobillər, həmçinin modul səhra hospitalları, tibbi avadanlıq, dərman preparatları, təxirəsalınmaz yardım vasitələri, çadırlar, yataq dəstləri və sair mal-materiallar zərərçəkmiş əhali üçün humanitar yardımı əhatə edir. Prezident İlham Əliyevin tapşırıq və göstərişlərinə uyğun olaraq, Bakı və digər şəhərlərdə, eləcə də Naxçıvan Muxtar Respublikasında yerləşən tibb müəssisələri Türkiyədə baş vermiş zəlzələdə zərər çəkmiş şəxslərin müalicəsi üçün hazır vəziyyətə gətirilib.
Zərərçəkənlərə yardım məqsədilə Azərbaycanda fəaliyyət göstərən QHT-lər "Qardaş köməyı" adlı platforma yaradıblar. Bu platforma vasitəsilə kömək etmək istəyən şəxslər qardaş ölkədə zəlzələdən əziyyət çəkən vətəndaşlara müxtəlif ləvazimatlar göndərirlər. Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva faciə ilə əlaqədar verdiyi başsağlığında Türkiyə xalqının kədərinin bizim kədərimiz olduğunu qeyd edib, yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıb. Türkiyədə baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş zəlzələ qurbanlarına dəstək məqsədilə Mehriban Əliyevanın göstərişinə əsasən, Heydər Əliyev Fondu tərəfindən 36 ton humanitar yardım göndərilib. Humanitar yardıma müxtəlif dərman preparatları, oksigen maskaları, filtrli sistemlər, sarğı materialları, onurğa taxtaları, ilkin yardım boyunluqları, xərək və sair tibbi ləvazimat və avadanlıqlar, isti geyimlər, çadırlar daxildir.
Bu gün qardaş Türkiyəyə səmimi dəstək üçün bütün Azərbaycan xalqı səfərbərdir. Respublikanın bütün yaşayış məntəqələrində hamı ayaq üstədir və qardaş dəstəyi üçün əlindən gələni əsirgəmir. Necə ki, 44 günlük haqq savaşımızda Türk xalqı daim bizimlə oldu.
O cümlədən Göygöl rayonunun vətənpərvər insanları da bu məqsədlə səfərbər olmuşdur. Göygöl Rayon İcra Hakimiyyətinin, YAP Göygöl rayon təşkilatının, Gənclər təşkilatlarının, QHT nümayəndələrinin, fəalların və ictimaiyyət nümayəndələrinin təşkilatçılığı ilə böyükdən kiçiyə, rəhbərlərdən tutmuş sadə vətəndaşlaradək hamı qardaş ölkə üçün lazım olan qida və zəruri tələbat mallarını toplayaraq göndərilməsini təmin edir.
Bəli bu gün iki qardaş ölkə olaraq qürur anlarımızın fəxrini də, hüznlü günlərimizin acısını da birgə yaşayırıq. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir və Azərbaycan-Türkiyə həmrəyliyi, dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır.
Vüqar İsayev,
Yeni Azərbaycan Partiyası Göygöl rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxGündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15

