Azərbaycan xalqı könüllü olaraq öz doğma qardaşlarına dəstək olmaq üçün hər cür səy göstərir.
14.02.2023 [11:22]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
6 fevral 2023-cü il tarixdə qardaş Türkiyədə baş vermiş güclü zəlzələ zamanı çoxsaylı insan tələfatı və dağıntılar bizləri çox sarsıtdı. Baş vermiş təbii fəlakətdən sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verməsi, Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirməsi iki dost və qardaş dövlətin sarsılmaz birliyini bir daha dünyaya nümayiş etdirmiş oldu. Bütün çətin dönəmlərdə biri birinə dəstək olmuş iki qardaş ölkə dostluq və qardaşlıq simvoluna çevrilmişdir.
Tarixə nəzər salanda Azərbaycanla Türkiyənin dostluq və qardaşlıq münasibətlərinin qədim dövrlərə təsədüf etdiyinin şahidi olarıq. Qeyd etmək lazımdı ki, 44 günlük şanlı Vətən Müharibəsi zamanı qardaş Türkiyənin dövlətimizə verdiyi siyasi-mənəvi dəstəyin hər birimiz şahidi olduq. Bəli, bu dostluq və qardaşlıq münasibətləri qədim tarixi köklərə bağlıdır.
Lakin bu günlərdə Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatının olması xalqımızı çox məyus etdi və belə bir məqamda Azərbaycan xalqı da öz gücünü səfərbər edərək çətin durumda olan türk qardaşlarının harayına səs verdi. Qeyd edək ki, ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırıq və göstərişlərinə əsasən faciənin ilk günündə FHN-in 420 nəfərdən ibarət xilasedici heyəti qardaş ölkəyə göndərilərək Türkiyədən olan həmkarları ilə birlikdə dərhal fəaliyyətə başlamışlar.
Xüsusilə vurğulamaq lazımdır ki, fevralın 9-da Azərbaycanın Birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşmüşdür. Göndərilən humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir.
Qeyd edək ki, zəlzələ qurbanlarına dəstək məqsədilə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın göstərişinə əsasən faciədən zərər çəkmiş şəxslər üçün Fond tərəfindən ilkin mərhələdə 36 ton humanitar yardım göndərilib.
Qürurverici məqam ondan ibarətdir ki, xalqlarımız istər xoş günlərdə, istərsə də çətin zamanlarda mənəvi birlik nümayiş etdirərək həm sevincini, həm kədərlərini bölüşüblər.
Bu gün Türkiyə-Azərbaycan münasibətləri daha artıq dəyərlərə sahibdir. Azərbaycan Türkiyə dostluğu və qardaşlığı bundan sonrada əbədi olaraq yaşayacaq və yeni yeni birgə uğurlara, zəfərlərə imza atacaqdır.
Xəbər lenti
Hamısına baxElm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55
Dünya
21 Avqust 19:35
İdman
21 Avqust 18:58
Mədəniyyət
21 Avqust 18:45
Mədəniyyət
21 Avqust 18:16
İqtisadiyyat
21 Avqust 17:45
İqtisadiyyat
21 Avqust 17:15
Elm
21 Avqust 16:58
Sosial
21 Avqust 16:35
Sosial
21 Avqust 16:15
Elm
21 Avqust 15:55

