Azərbaycanın dövlət müstəqilliyi bizim tarixi nailiyyətimizdir
13.03.2023 [16:40]
Qədim tarixə və zəngin dövlətçilik ənənələrinə malik olan Azərbaycan xalqı XX yüzilliyin son onilliyinə müstəqil bir dövlət kimi daxil oldu. Bu dövr dünyada köklü dəyişikliklərə səbəb olmuş siyasi proseslərlə əlamətdardır. Azərbaycan xalqı da bu proseslərdən kənarda qalmamış, nəhayət, əsrlərdən bəri bəslədiyi ümidlərinə, arzularına çatmış, öz müstəqilliyinə nail olmuşdur.
Azərbaycan Respublikasının dövlət müstəqilliyi əldə etməsi dünyada, keçmiş Sovetlər İttifaqında gedən ictimai-siyasi proseslərin məntiqi nəticəsi idi. Müstəqillik uğrunda genişlənən azadlıq hərəkatı Azərbaycan xalqını ayağa qaldırdı və onun qarşısında tarixi bir vəzifə qoydu. Azadlıq və müstəqillik uğrunda xalqımızın inadla apardığı prinsipial mübarizənin məntiqi nəticəsi olaraq nəhayət, 1991-ci il oktyabrın 18-də Azərbaycan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə əsrin əvvəllərində itirilmiş müstəqilliyimiz bərpa olundu.
Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası ilə əldə edilən nailiyyətlər və doxsanıncı illərin əvvəllərində ölkədə yaranmış dərin siyasi hakimiyyət böhranı, Dağlıq Qarabağ və Ermənistan-Azərbaycan müharibəsi, erməni millətçi silahlı birləşmələri tərəfindən torpaqlarımızın işğalı dövlət müstəqilliyimizin taleyini təhlükə qarşısında qoydu. Azərbaycanı labüd təhlükədən-vətəndaş qarşıdurmasından yalnız ümummilli lider H. Əliyevin hakimiyyətə gəlməsi xilas etdi.
Ulu Öndər Heydər Əliyev müasir Azərbaycanın tarixini yaradan dahi şəxsiyyət, böyük lider, müstəqil dövlət qurmaq kimi çətin bir vəzifəni cəsarətlə öz öhdəsinə götürən və bunu bacaran müdrik, uzaqgörən, fədakar siyasətçi idi.
Xalqımızın Ümummilli Lideri Heydər Əliyev müstəqilliyimiz haqqında deyirdi: «Müstəqil Azərbaycan Respublikası bizim ən böyük tarixi nailiyyətimizdir və Azərbaycanın müstəqilliyi daimidir, dönməzdir, əbədidir». Bunun üçün Azərbaycanın müstəqilliyi respublika qarşısında, onun vətəndaşları qarşısında çox böyük və mürəkkəb vəzifələr qoyubdur. Dövlət müstəqilliyini möhkəmləndirmək, müstəqil dövlət quruluşu yaratmaq, dövlətçilik ənənələrini yaşatmaq və inkişaf etdirmək, Azərbaycan Respublikasının ərazi bütövlüyünü, tam suverenliyini təmin etmək, ölkə vətəndaşlarının rifahını yaxşılaşdırmaq, onların normal yaşaması üçün lazımi şərait yaratmaq hər bir Azərbaycan vətəndaşı üçün ən müqəddəs məqsəd, ən müqəddəs vəzifədir.
Ümummilli Liderin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyası gerçəkləşdirildi, müasir Azərbaycan dövlətinin qurulması prosesi başlandı və xalqımız həqiqi müstəqillik arzusuna çatdı. Müasir Azərbaycan dövlətinin qurucusu və memarı kimi Ümummilli Lider qısa zamanda misilsiz xidmətləri ilə tariximizin parlaq səhifəsini yazdı.
Müstəqillik tariximizin Heydər Əliyev dövrü müasir dövlətimizin yaradılması, qorunması, iqtisadi, siyasi və social inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi dövrü oldu.
Azərbaycan Respublikası qədim tarixə, zəngin mədəniyyətə, böyük təbii sərvətlərə malikdir. Dövlət müstəqilliyi isə bunların hamısından Azərbaycan Respublikasının gələcək inkişafı üçün səmərəli istifadə etməyə şərait yaradır.
Rövşən Əhmədov, YAP Ağcabədi rayon təşkilatının sədri.
Xəbər lenti
Hamısına baxElm
23 Avqust 17:58
İdman
23 Avqust 17:25
Gündəm
23 Avqust 17:21
Sosial
23 Avqust 16:57
Gündəm
23 Avqust 16:35
Gündəm
23 Avqust 16:29
Sosial
23 Avqust 16:10
Sosial
23 Avqust 15:25
Gündəm
23 Avqust 15:17
Gündəm
23 Avqust 14:24
Elm
23 Avqust 14:20
Gündəm
23 Avqust 13:46
Sosial
23 Avqust 13:39
Gündəm
23 Avqust 13:06
Dünya
23 Avqust 12:46
Gündəm
23 Avqust 12:15
İdman
23 Avqust 11:45
Sosial
23 Avqust 11:24
Sosial
23 Avqust 11:23
Xəbər lenti
23 Avqust 11:19
Gündəm
23 Avqust 11:17
Gündəm
23 Avqust 11:11
Dünya
23 Avqust 10:30
Dünya
23 Avqust 09:25
Dünya
23 Avqust 08:18
YAP xəbərləri
23 Avqust 07:59
Dünya
22 Avqust 23:58
Dünya
22 Avqust 23:41
Dünya
22 Avqust 22:58
Dünya
22 Avqust 22:37
Dünya
22 Avqust 21:59
Dünya
22 Avqust 21:34
Gündəm
22 Avqust 21:21
Dünya
22 Avqust 20:58
Dünya
22 Avqust 20:35
Dünya
22 Avqust 19:55
Dünya
22 Avqust 19:15
Sosial
22 Avqust 18:50
İqtisadiyyat
22 Avqust 18:27
İdman
22 Avqust 17:41
İdman
22 Avqust 17:10
Sosial
22 Avqust 16:45
Mədəniyyət
22 Avqust 16:20
Mədəniyyət
22 Avqust 15:35
Sosial
22 Avqust 15:20
İqtisadiyyat
22 Avqust 14:54
Sosial
22 Avqust 14:10
Sosial
22 Avqust 13:57
İdman
22 Avqust 13:37
Siyasət
22 Avqust 12:48
Gündəm
22 Avqust 11:55
Gündəm
22 Avqust 11:30
Gündəm
22 Avqust 11:15
MEDİA
22 Avqust 10:55
İqtisadiyyat
22 Avqust 10:40
İqtisadiyyat
22 Avqust 10:20
Sosial
22 Avqust 09:55
Analitik
22 Avqust 09:45
Elm
22 Avqust 09:30
Mədəniyyət
22 Avqust 09:15
Ədəbiyyat
22 Avqust 08:48
Dünya
21 Avqust 23:57
Dünya
21 Avqust 23:34
Dünya
21 Avqust 22:58
Dünya
21 Avqust 22:32
Dünya
21 Avqust 21:59
Dünya
21 Avqust 21:38
Dünya
21 Avqust 20:57
Dünya
21 Avqust 20:35
Dünya
21 Avqust 19:55

