Dinamik inkişafın göstəricisi
25.04.2023 [17:02]
Regionların inkişafını qeyri-neft sektorunun inkişafı kimi dəyərləndirən dövlət başçısı İlham Əliyevin təsdiqlədiyi Dövlət Proqramlarının uğurlu icrası hər bir bölgənin həyatında yeni mərhələnin başlanğıcı oldu. Cənab İlham Əliyevin Dövlət Proqramlarından irəli gələn vəzifələrin icrası ilə yaxından tanış olmaq məqsədilə regionlara davamlı səfərləri qarşıya qoyulan hədəflərə zamanında və yüksək səviyyədə nail olmağa geniş imkanlar yaradır.Ölkə Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu günlərdə Neftçala və Salyan rayonlarına səfəri zamanı açılışında iştirak etdikləri, həmçinin aparılan işlərlə tanış olduqları sosial obyektlərin say tərkibinə diqqət yetirməklə bölgələrin inkişafının dövlət siyasətinin əsası olduğunu böyük əminliklə qeyd edə bilərik. Cənab İlham Əliyev Salyan rayonunda “ASAN xidmət” mərkəzinin açılışından sonra Azərbaycan Televiziyasına müsahibəsində səfərlə bağlı təəssüratlarını bölüşərək bildirmişdir ki, təəssüratlarım çoxmüsbətdir. 2004-cü ildən başlayaraq Azərbaycanda regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları həyata keçirilir. Hazırda 4-cü proqram icra edilir. Bu proqramların icrası nəticəsində bölgələrdə çoxböyük genişmiqyaslı quruculuq işləri aparılmışdır. Bu işlər davametdirilir: “Mənim də bölgələrə səfərlərim həm nəzarət üçün birvasitədir, yəni, verdiyim tapşırıqlar necə yerinə yetirilir, eyni zamanda, növbəti tapşırıqlar, tövsiyələr verilir ki, bizim bəyan etdiyimiz bütünhədəflər- ilk növbədə, insanların rifah halının yaxşılaşdırılması, infrastruktur obyektlərinin yaradılması, o cümlədən sosialinfrastrukturla bağlı işlərin aparılması bölgələrdə təmin edilsin. Birsözlə, Azərbaycan bölgələrinin ümumi inkişafı həm sosial xarakterdaşıyır, eyni zamanda, ölkəmizi gücləndirir. Bugünkü səfər də ənənəvi bir səfərdir.” Hər bir Dövlət Proqramının uğurlu icrası növbəti sənədin qəbulunu şərtləndirir. Prezident İlham Əliyevin 2019-cu il yanvarın 29-da imzaladığı növbəti Fərmanla “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiqləndi. Hazırda sayca dördüncü olan Dövlət Proqramının icrasının sonuncu ilidir. Nəticələr regionların simasında özünü aydın şəkildə nümayiş etdirir. Bölgələr arasında sağlam rəqabət hədəflərə doğru inamla addımlamağı təmin edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Neftçala və Salyan rayonlarına səfərləri zamanı həmin rayonlarda görülən işlərin mənzərəsi bütövlükdə respublikanın bölgələrinin dinamik inkişafının göstəricisidir. Dövlət başçısı Azərbaycan Televiziyasına müsahibəsində işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərindən də geniş bəhs etdi. Son illərdə ölkə Prezidentininregionlara səfərlərinin böyük qismi məhz işğaldan azad edilmişərazilərimizədir. Sahibinə qovuşan torpaqlarımız artıq quruculuqmərhələsini yaşayır. 30 illik işğal dövründə ermənilər bu ərazilərimizi tamamilə dağıtmış, bütün tikililəri, infrastrukturu, tarixi və diniabidələrimizi yerlə-yeksan etmişdilər. Artıq iki ildən çoxdur ki, budağıntılar bərpa işləri ilə əvəzlənib. Dünya bir daha Azərbaycan xalqının necə qurucu xalq olduğunu görür. Dövlət başçısı İlham Əliyev müsahibədə bildirmişdir ki, Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və bölgələrə səfərlərimin əksəriyyəti məhz o ərazilərə olan səfərlərdir. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarına qayıdıb. Hazırda artıq ikiyaşayış məntəqəsində- Ağalı və Talış kəndlərində keçmiş köçkünlər yaşayır: “Biz bu kəndlərin timsalında bütövlükdə gələcək Qarabağın və Şərqi Zəngəzurun simasını görürük - abad şəhərlər, abad kəndlər, ağıllı idarəetmə prinsipləri əsasında yaradılan infrastruktur. Yəni, bütünbunlar göz qabağındadır. Yenə də deyirəm, bu iki layihə artıq bütünAzərbaycan əhalisinə və bütün dünyaya göstərir ki, gələcək Qarabağın və Şərqi Zəngəzurun siması necə olacaq.” Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Qarabağlı və Şərqi Zəngəzurlu Azərbaycanın gələcək inkişafı barədə aydın təsəvvür yaradır. Tezliklə bərpa-quruculuq işləri başa çatacaq, soydaşlarımız dogma yurd-yuvalarına qayıdacaq və bu ərazilərdə yeni canlanma başlayacaq. Butorpaqların malik olduğu potensialdan səmərəli istifadə edərək Azərbaycanın dayanıqlı inkişafına böyük töhfələr veriləcək.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

