Heydər Əliyev azərbaycançılıq ideologiyasının banisidir
11.05.2023 [11:42]
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə "2023-cü ilin Heydər Əliyev ili" elan olunması və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə ölkəmizin hər bir guşəsində, eləcə də onun hüdudlarından kənarda Ümummilli Liderin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər keçirilir. Heydər Əliyevin keçdiyi həyat yoluna, Onun fəaliyyətinə nəzər salsaq görərik ki, böyük bir yol keçmiş Ulu Öndər Azərbaycan dövlətçiliyinin əsaslarını yaratdı. Hələ Ulu Öndər Heydər Əliyev 1969-cu ildə Azərbaycana rəhbərlik etməyə başladığı ilk gündən o zaman ən geridə qalmış respublikalardan biri sayılan Azərbaycanı qısa vaxt ərzində keçmiş İttifaqın ən qabaqcıl respublikaları səviyyəsinə yüksəltdi. Doğma xalqının böyük təəssübkeşi olan Ulu Öndər Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün həyatın bütün sahələrində geniş islahatlar proqramı həyata keçirdi. Azərbaycanda dövlət quruculuğu, iqtisadi dirçəliş, sosial-siyasi həyatda tərəqqinin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olması məhz Onun uzaqgörən, müdrik siyasətinin məntiqidir. Azərbaycanı tarixin ağır və sərt sınaqlarından uğurla çıxararaq müdrikliyi ilə müstəqil dövlətimizin təməlini möhkəmlətdi.
Ümummilli Lider Heydər Əliyev hakimiyyətə qayıdışı ilə böyük nailiyyətləri Azərbaycan salnaməsinə daxil etdi. Siyasi və iqtisadi zəmində baş verən gərginliklərə sinə gərdi, ölkəni parçalanmaq təhlükəsindən xilas edərək, müstəqilliyini qoruyub-saxladı və Azərbaycan ən yeni tariximizin çətin anlarından şərəflə çıxdı. Qısa zaman məsafəsində ölkədə ictimai-siyasi sabitlik bərpa olundu və Heydər Əliyevin tükənməz dövlət idarəçiliyi nəticəsində irimiqyaslı layihələr həyata keçirildi.
Dahi Şəxsiyyətin gələcəyə doğru inkişafımız üçün yadigar qoyduğu sərvətlərdən biri də azərbaycançılıq ideologiyasıdır. Hakimiyyətdə olduğu bütün dövrlərdə Azərbaycan dilini milli mənliyin əsasalarından biri kimi daim diqqət mərkəzində saxlayıb. Heydər Əliyev deyirdi:"Biz hamımız azərbaycanlıyıq, hamımızın dilimiz var, hamımız da bu azərbaycanlılığı anadangəlmə qəbul etmişik." Məlumdur ki, sovet hakimiyyəti dövründə, respublikamızda Azərbaycan dili hakim bir dil deyildi. Belə bir şəraitdə ana dili məsələsinin təbliği ilə məşğul olmaq çox riskli olduğundan dil məsələsini gündəmə gətirmək böyük cəsarət tələb edirdi. Hələ 1978-ci ildə, totalitar ideologiyanın təzyiqi altında Heydər Əliyev böyük cəsarət göstərərək, Azərbaycan dilini dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi. Bütün çətinlikləri göz önünə alan Heydər Əliyev dil məsələsində qətiyyətli mövqeyini ortaya qoydu və Azərbaycan Respublikası Konstitusiya layihəsinin 73-cü maddəsinə belə bir təklif olundu: "Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir". Beləliklə, Azərbaycan dili dövlət dili statusu aldı. Ulu Öndər həmin məqamı belə xatırlayırdı: "Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük".
Azərbaycan dilinə dövlət dili statusunun verilməsi Ümummilli Lider Heydər Əliyevin xalq qarşısında ən böyük tarixi xidmətlərindən biridir. Ulu Öndər bununla gələcək müstəqil dövlətçiliyin milli atributlarından birini məharətlə qorudu. Ötən zamanlar göstərdi ki, müstəqillik yolumuz Ümummilli Lider Heydər Əliyevin parlaq zəkasının, Onun Azərbaycan torpağına, Azərbaycan insanına olan sevgisinin təzahürü kimi meydana çıxdı. Dövlətimizin başçısı Ulu Öndər Heydər Əliyevin Azərbaycanf rəhbərlik etdiyi tarixi dövrlərə nəzər salsaq, bütün dövrlərdə öz doğma xalqına sədaqətlə xidmət etdiyinin şahidi olarıq. Son illərdə müstəqil Azərbaycanda güclü dövlət idarəçiliyinin mövcudluğu dövlətimizin tarixində ən uğurlu inkişaf dövrü kimi xarakterizə edilir. Bunun əsasında Heydər Əliyev siyasəti və müdrikliyi dayanır. Ulu Öndər Heydər Əliyev Azərbaycanı qüdrətli, nüfuzlu, demokratik dövlət kimi görmək istəyirdi, onun hər addım və hərəkətləri, məhz buna yönəlmişdi. Ümummilli Liderin uzaqgörən siyasəti nəticəsində 1995-ci ilin noyabrında demokratik, hüquqi dövlətin təməlini təşkil edən Konstitusiya qəbul olundu. Beləliklə, ölkədə daha geniş miqyaslı islahatların aparılması üçün normativ-hüquqi bazanın formalaşdırılmasına başlandı. Müasir dövrdə Azərbaycanın işıqlı və firavanlığı, məhz Onun ideyalarının yaşadığının və Ulu Öndər Heydər Əliyevin siyasi varisi Prezident İlham Əliyevin bu siyasəti uğurla həyata keçirməsinin nəticəsidir. Bu gün Azərbaycan dünyanın dinamik inkişaf edən, modernləşən, beynəlxalq miqyasda nüfuzu gündən-günə artan dövlətinə çevrilib.
Azər SÜLEYMANOV,
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
15 May 23:35
Dünya
15 May 23:17
Gündəm
15 May 23:14
Sosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Gündəm
15 May 17:48
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46

