Qazaxda “Heydər Əliyev ili” çərçivəsində növbəti tədbir keçirilib
05.06.2023 [16:40]
2023-cü il “Heydər Əliyev İli” ilə əlaqədar ölkəmizin hər yerində olduğu kimi Qazax rayonunda da silsilə tədbirlər davam edir. Belə tədbirlərdən biri 5 iyun - Su təsərrüfatı və Meliorasiya işçiləri günü münasibətilə YAP Qazax rayon təşkilatı Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında keçirildi.
Tədbir iştirakçıları əvvəlcə Dahi Rəhbər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsinə hörmət və ehtiramlarını bildirdilər. Sonra Heydər Əliyev Mərkəzində Ümummilli Liderin şərəfli və mənalı ömür yolunu əks etdirən sərgi və fotostendlə tanış oldular,
Ulu Öndərin böyük xilaskarlıq missiyasını və müstəqil Azərbaycanımızın həyatındakı müstəsna xidmətlərini əks etdirən filmi izlədilər.
Suvarma Sistemləri İdarəsi ərazi partiya təşkilatında keçirilən tədbirdə çıxış edən natiqlər Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən ətraflı danışaraq qeyd etdilər ki, Ulu Öndər Heydər Əliyev Azərbaycanın kənd təsərrüfatının inkişafında böyük əhəmiyyət kəsb edən meliorasiya və su təsərrüfatı sisteminin yaradıcısı, müəllifi və təşkilatçısıdır. Məhz, Ulu Öndərimizin misilsiz xidmətləri sayəsində kənd təsərrüfatının inkişaf etdirilməsi haqqında bir neçə tarixi qərarlar qəbul olundu. Bu qərarların qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti, uzaqgörənliyi, dahiliyi və bilavasitə, yüksək nüfuzunun nəticəsi idi. Meliorasiya və su təsərrüfatının respublikamızın iqtisadiyyatının, xüsusi ilə də kənd təsərrüfatının inkişafında mühüm rola malik olmasını böyük uzaqgörənliklə müəyyən edən Dahi Rəhbər Heydər Əliyev bu sahəyə əsaslı vəsait yatırılmasını ittifaq hökuməti qarşısında bir vəzifə kimi qoydu və bu sahədə möhtəşəm işlərin görülməsinə nail oldu.
Natiqlər son illər ölkə iqtisadiyyatının bütün sahələri kimi kənd təsərrüfatının da keyfiyyətcə yeni yüksəliş mərhələsinə qədəm qoyduğunu əminliklə bildirdilər. Əkin dövriyyəsinin genişləndiyini, məhsuldarğın yüksəldiyini, bu vacib sahəyə xidmət edən qurumlarla işgüzar, səmərəli əlaqələrin formalaşdığını qeyd etdilər. Xalqımızın Ümummilli Lideri Heydər Əliyev ideyalarının ölkə prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində digər sahələrdə olduğu kimi su təsərrüfatı sahəsində də böyük uğurlar qazanıldığını söylədilər.
Tədbirin sonunda partiya sıralarında yüksək fəallıq göstərən bir qrup partiya üzvü YAP Qazax rayon təşkilatının Fəxri Fərmanları ilə təltif edildi.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 23:20
İdman
30 Avqust 22:18
Sosial
30 Avqust 21:25
Dünya
30 Avqust 20:17
Dünya
30 Avqust 19:31
Dünya
30 Avqust 18:14
Dünya
30 Avqust 17:46
Dünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21

