Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir
20.06.2023 [10:52]
Vüsal Hüseynov - YAP Xocavənd rayon təşkilatının sədri
Tarixə nəzər saldıqda görürük ki, Türkiyə ilə Azərbaycan arasında hər zaman sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Soyu bir, kökü bir, dili, dini bir olan xalqlarımız, istər xoş günlərdə, istərsə də çətin vaxtlarda elə bir birlik, həmrəylik nümayiş etdiriblər ki, bu mənzərə dünyaya bir nümunə olub. Xalqlarımız bu mənada bir-birinin sevincini və kədərini bölüşüb, dar gündə dada çatıb. Bu gün isə hər iki dövlət və xalqlarımız arasındakı münasibətlərin səviyyəsi birmənalı olaraq bütün dövrlərin zirvəsində dayanır. Bu məqamı xüsusilə hər iki dövlətin Liderlərinin müdrik siyasətlərinin, şəxsi dostluq və etibarın mücəssəməsi kimi qiymətləndirmək lazımdır. Bəli, Türkiyənin olmadığı yerdə Azərbaycan, Azərbaycanın olmadığı yerdə Türkiyə var və olacaqdır. Seçkilərdən sonra Türkiyə-Azərbaycan qardaşlıq əlaqələri qarşısında yeni imkanlar, yeni üfüqlər açılır. Əldə edilmiş bütün uğurların təməlində Türkiyə və Azərbaycan arasında olan qardaşlıq əlaqələri dayanır. Əməkdaşlığımız bütün sahələrdə konkret proqramlar əsasında inkişaf edir. 2023-cü il 13 iyun tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə təkbətək görüşü olub. Görüşdə Azərbaycan-Türkiyə birliyinin daha da möhkəmləndirilməsi və ölkəmizin Qarabağdakı mövqeyi ilə bağlı bir sıra məsələlər müzakirə edilib. Bildiyimiz kimi, 2021-ci il iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə arasında müttəfiqlik münasibətləri haqqında Şuşa bəyənnaməsi imzalanmışdır. Şuşa Bəyannaməsi tarixi anlaşmadır. Bu anlaşma nəticəsində Türkiyə və Azərbaycan rəsmən müttəfiq oldular. Bəyannamənin Şuşada imzalanması rəmzi xarakter daşıyır. Çünki Şuşa Qarabağın tacıdır və Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinə son nöqtəni qoymuşdur. Görüşdə Azərbaycan ordusunun daha da təkmilləşməsi üçün onun Türkiyə ordusu modelində inkişaf etdirilməsi məsələsi yenidən müzakirə olunmuşdur. Belə ki, cari il 16 birgə hərbi təlim keçiriləcəkdir, onlardan 6-sı artıq keçirilmişdir. Zəngəzur dəhlizinin açılması qaçılmazdır. Bu istiqamətdə birgə səylərin sayı artıracaqdır. Bu dəhlizin açılması bütün ölkələr üçün yeni imkanlar açacaq və bölgədə işbirliyi məsələlərinə də müsbət təsir göstərəcək.
Türkiyə və Azərbaycan arasında ticarət dövriyyəsi sürətlə artmaqda davam edir. Bu özünü xüsusilə enerji sahəsində daha qabarıq şəkildə göstərir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi hazırda Azərbaycanın, Türkiyənin və digər ölkələrin enerji təhlükəsizliyinin təmin edilməsində müstəsna rol oynayır.Azərbaycandan Türkiyəyə təbii qazın ixracı artmaqdadır və bundan sonra da artacaq. Enerji sahəsində bizim işimiz təbii qaz məsələsi ilə məhdudlaşmır. Bərpaolunan enerji növləri üzrə əməkdaşlığın böyük perspektivləri var. Bu gün qaz, neft, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisi sahələrində də fəal əməkdaşlıq əlaqələri mövcuddur.
Qeyd olunanlarla yanaşı, görüşdə Orta Dəhlizin önəmi bir daha vurğulanmışdır. Azərbaycan ərazisindən, yəni, Xəzər dənizi ilə daşınan yüklərin həcmi ildən-ilə artmaqdadır. Ona görə Azərbaycanda nəqliyyat və logistika imkanları genişlənir. Bakı Dəniz Limanının imkanları 25 milyon tona qədər genişlənir. Dəmir yolu, gəmiqayırma zavodu və digər nəqliyyat infrastrukturu ən müasir səviyyəyə gətirilir.
İki ölkə təhsil sahəsində də əməkdaşlığı genişləndirmək yolunda irəliləyirlər. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin milli təhsil naziri Mahmut Özeri və Türkiyə Böyük Millət Məclisinin bir qrup üzvünü videokonfrans formatında qəbul edərkən bildirib ki, Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması böyük önəm daşıyır. Türkiyə-Azərbaycan birgə universitetinin yaradılması istiqamətində danışıqların son mərhələsi aparılır. Yaxın aylarda bu məsələ də öz həllini tapacaq və bizim qardaşlıq münasibətlərimizə daha bir töhfə veriləcəkdir.
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın həmin görüşdə ən yadda qalan mesajları bunlar oldu: Türkiyə-Azərbaycan qardaşlığı bütün dünyada qibtə ilə izlənilir. Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəltdiyimiz əlaqələrimizi bütün sahələrdə inkişaf etdirməkdə qərarlıyıq. Şuşadakı baş konsulluğunun açılması başda Ermənistan olmaqla bütün dünyaya ayrı bir mesaj olacaqdır.
Ümumiyyətlə, Türkiyə və Azərbaycan bundan sonra da xarici siyasət sahəsində vahid mövqedən çıxış edəcəklər. Bölgənin inkişafı, sabitliyi və təhlükəsizliyi nöqteyi-nəzərindən Türkiyə-Azərbaycan birliyi amili çox önəmlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24
Sosial
09 İyul 21:09

