Dostluq və qardaşlığın nümunəsi
28.09.2023 [13:16]
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri bu bölgənin mühüm əhəmiyyətə malik olduğunu təsdiq edən faktorlarından biridir.Muxtar Respublikanın bölgədəki əhəmiyyəti çox artıb.
İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən sonra gündəmə gələn Zəngəzur dəhlizinin açılması böyük perspektivlər vəd edir. Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında birbaşa əlaqənin qurulması, kommunikasiyanın qurulması çox əhəmiyyətlidir. Türkiyən türk dünyası ilə qapısı sayılan Naxçıvanın inkişafı, mövcud potensialından səmərəli istifadə olunması layihəsinə start verilməsi ciddi fəaliyyətlərin başlanğıcıdır.
Sentyabrın 25-də Naxçıvana səfərə gələn Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın bu səfər sıradan bir səfər deyil və xüsusi önəm daşıyır. Səfər çərçivəsində imzalanan bir sıra sənədlər, o cümlədən İğdır-naxçıvan qaz xəttinin təməlinin qoyulması gələcəkdə təbii qaz məsələsində İrandan asılılığı sıfıra endirəcəkdir. Cənab Prezident İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın da vurğuladığı kimi, İğdır-Naxçıvan qaz kəməri layihəsi Azərbaycan ilə enerji sahəsində ortaqlığını daha da dərinləşdirməklə yanaşı, Avropanın enerji təhlükəsizliyinə də töhfə verəcək.
Ölkəmizin başçısı, müzəffər Ali Baş Komandan bu günlərdə keçirilən antiterror tədbirlərindən sonra yaranmış situasiyanı şərh edərək əməliyyat zamanı Türkiyənin mənəvi və siyasi dəstəyini yükəsk qiymətləndirmişdir: “Beş gün bundan əvvəl Azərbaycan öz suverenliyini tam təmin etmişdir. Əgər üç il bundan əvvəl İkinci Qarabağ müharibəsi nəticəsində biz işğala son qoymuşduqsa, bu il aprelin 23-də Laçın istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhəd-buraxılış məntəqəsini qoymaqla ərazi bütövlüyümüzü tam bərpa etmişdiksə, beş gün əvvəl biz suverenliyimizi tam təmin etdik, bərpa etdik. 24 saat ərzində, ondan da az müddətdə həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycan ərazisində qanunsuz məskunlaşmış Ermənistan ordusu təslim oldu, bizim şərtlərimizi qəbul etdi və beləliklə, Azərbaycan öz dövlət suverenliyini tam təmin etmişdir. İkinci Qarabağ müharibəsi zamanı Siz və bütün Türkiyə xalqı bizim yanımızda idi. Müharibənin ilk saatlarında “Azərbaycan yalnız deyil, Türkiyə Azərbaycanın yanındadır” deməyiniz bir çoxları üçün ciddi siqnal idi, mesaj idi. Azərbaycan xalqı bu siyasi və mənəvi dəstəyi heç vaxt unutmur və unutmayacaq.”
Bakı-Tbilisi-Qars dəmiryolunun daşıma imkanlarını artırılması məqsədilə həyata keçirilən tədbirlər də bu yolun effektliyini artıracaqdır. Cənab İlham Əliyev də qeyd etmişdir ki, bu yolun imkanları 1 milyon tondan 5 milyon tona qədər artırılacaq. Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirən dəmir yolunun inşası da uğurla gedir. Azərbaycan ərazisində işlər böyük ehtimalla gələn ilin sonunda başa çatmalıdır. “Yəni, bütün bu tarixi layihələr bir daha onu göstərir ki, bizim dövlətlərimiz nə qədər bir-birinə bağlıdır, bir-birinə yaxındır. Biz bir-birimizə dəstək verməklə, eyni zamanda, regional məsələləri də düz istiqamətə yönəldirik. Yəni, bizim müştərək maraqlarımız ondan ibarətdir ki, bölgədə sülh olsun, əmin-amanlıq olsun, müharibələr olmasın, ölkələrin ərazi bütövlüyü təmin edilsin. Azərbaycana göstərdiyiniz dəstək həm İkinci Qarabağ müharibəsi zamanı, həm ondan əvvəl, həm də ondan sonra məhz bu məqsədə çatmaq üçün önəmli amildir.”
Ərdoğanın Naxçıvana səfəri zamanı Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolunun imzalanması, ölkəmiz tərəfdən Kahramanmaraş vilayətində yaşayış binaları, ibtidai məktəb, uşaq bağçası və mədəniyyət mərkəzinin tikilməsi haqqında sazişin bağlanması, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi sahəsində Anlaşma Memorandumu əlaqələrimizin nə qədər sıx olmasından xəbər verir. Qars-Naxçıvan dəmir yolunun inşası barədə danışarkən Prezident İlham Əliyev bununla bağlı imzalanan niyyət protokolunu tarixi hadisə adlandırdı. Qeyd etdi ki, bu layihə uğurla həyata keçiriləcək və Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.
Görünən budur ki, Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin daha da inkişafı üçün qarşılıqlı şəkildə atılan addımların müsbət nəticələri əhəmiyyətli dərəcədə artıb. Dünyada baş verən siyasi və iqtisadi çəkişmələr, münaqişələr fonunda Türkiyə və Azərbaycan əlaqələrinin güclənməsi, yeni siyasi-iqtisadi əməkdaşlıq bağlarının yaradılması regionda inkişaf, sülh və sabitliyə müsbət töhfə verir.
Rüstəm Nağıyev,
YAP Gədəbəy rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

