Müzəffər xalq kimi yaşayacağıq
29.09.2023 [11:29]
Məlum olduğu kimi, 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin növbəti hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsi Azərbaycan xalqının qələbəsi ilə başa çatdı. Eyni zamanda bu qələbəylə Azərbaycan 30 ildir üzləşdiyi ədalətsizliyə son qoydu, tarixi ədalətin bərpa etdi.
Sentybrın 27-də rəşadətli Azərbaycan Ordusu əks-hücum və cavab tədbirlərinin həyata keçirməyə başlayaraq, hərbi əməliyyatların ilk günündən düşməni peşman etdi, Müzəffər Ali Baş Komandanımızın söylədiyi kimi, Ordumuz düşmənin başını əzdi, belini qırdı və tarixi Zəfər əldə etdi. Beləliklə, əldə edilən bu Zəfərlə prezident cənab İlham Əliyev həm ata vəsiyyətini, həm də bir prezident kimi xalqına verdiyi sözü yerinə yetirmiş oldu. Bu Zəfər Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycanın nə qədər güclü, nə qədər qüdrətli bir dövlət olduğunu düşmənə, eləcə də düşmənin havadarlarına nümayiş etdirmiş oldu.
Azərbaycan şanlı tarixinə qızıl hərflərlə yazılmış Vətən müharibəsində Azərbaycan ordusunun 3000-nə yaxın hərbi qulluqçusunun doğma torpaqlarımızın azad edilməsi uğrunda şəhadət zirvəsinə ucaldı. Bu şanlı Zəfəri xalqımız yaşatmış rəşadətli ordumuzun qəhrəmanlığını yüksək qiymətləndirən ölkə rəhbəri döyüşlərdə igidlik göstərmiş hərbi qulluqçularımızın təltif olunması ilə bağlı onlarla sərəncam imzaladı. Prezident İlham Əliyevin müharibənin başa çatmasından qısa müddət sonra-dekabrın 9-dan 30-dək imzaladığı sərəncamlarla ümumilikdə 82 min 670 nəfər təltif olundu. Qalib ordunun hərbiçilərinin qəhramanlıqlarının əbədiləşdirilməsi məqsədilə müxtəlif orden və medallar təsis olundu. Bütün bular Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımızın hərbi qulluqçularımıza göstərdiyi diqqət və qayğının bariz nümunəsidr.
Azərbaycan Respublikasının Prezident cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir. Qələbə salnaməsinin ilk günü olan 27 sentyabr tarixi tariximizə əbədi olaraq rəşadət və qəhrəmanlıq səhifəsi kimi həkk olunub. Anım Günü ölkədə gənc nəslin vətənpərvər ruhda tərbiyə olunması, ölkə vətəndaşlarının birliyinin daha da möhkəmlənməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Ölkəmizdə Şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, veteranlarına göstərilən yüksək dövlət qayğısının əsasını müasir Azərbaycan Dövlətinin banisi, xalqımızın xilaskarı Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Bu gün də ölkəmizdə şəhid ailələrinə, müharibə əlillərinə , veteranlara böyük diqqət və qayğı göstərilir. Dövlət başçımız cənab İlham Əliyev şəhidlik zirvəsinə ucalan hər bir şəhidin ailəsinə, qazilərimizə diqqət və qayğısını heç zaman əsirgəmir, bu katiqoriyadan olan vətəndaşlarımızın qayğıları ilə şəxsən maraqlanır.
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva da şəhid ailələrinə, qazilərimizə böyük dəyər verir, Onları hər zaman diqqətində saxlayır. Müharibədə yaralanan qazilərimiz Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunurlar.
Şəhid ailələri mütəmadi olaraq yeni mənzillər, əlillərə isə avtomobillər verilir. Bu kotiqoriyadan olan vətəndaşların müalicəsi üçün reabilitasiya mərkəzləri açılır və ehtiyac bilindikdə isə müalicə olunmaq üçün xarici ölkələrə göndərilirlər. Bir sözlə, ölkəmizdə şəhid ailərinə,əlillərə göstərilən diqqət və qayğı danılmazdır.
44 günlük Vətən müharibəsi bizə eyni zamanda dostlarımızı və düşmənlərimizi tanıtdı. Tarixi əlaqələrə söykənən qardaş Türkiyə dövləti ilə olan münasibətlərimiz müharibə dövründə bir daha bir-birimizə sadiqliyimizi bütün dünyaya bəyan etdi.
Ali Baş Komandanın qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində bu gün Qarabağda baş verənlər ilahi ədalətin təntənəsidir. Bu ədalət güclü lider, müdrik siyasətin qətiyyətidir. Bu ədalət müzəffər ordunun qəhrəmanlığının, şücaətinin nümayişidir. Bu gün prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuz “Qarabağ Azərbaycandır” nidasını tarixi torpaqlarımızın hər qarşına əbədi həkk etdirir.
Milli həmrəyliyimizin təcəssümü olan bu qələbə tarixdə əbədi qalacaq. Bu qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib. Biz bundan sonra qalib ölkə, müzəffər xalq kimi yaşayacağıq və azad edilmiş torpaqları quracağıq, bərpa edəcəyik.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

