Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək
10.10.2023 [16:54]
Dövlət müstəqilliyinin bərpasının 32-ci ildönümünə hazırlaşan Azərbaycan Respublikası ötən illərdə nail olduğu möhtəşəm nailiyyətlər sayəsində bu gün Cənubi Qafqazın lokomotiv dövləti kimi çıxış edir, iqtisadi və siyasi maraqlarını əzmlə qoruyur. Azərbaycan regionda müstəqillik əldə etdikdən sonra ilk növbədə qonşuları ilə münasibətdə mehriban qonşuluq, qarşılıqlı anlaşma və dostluq mühitində yaşamaq prinsiplərini elan etdi. Bu prinsiplərə söykənərək Azərbaycan dövləti bütün qonşuları ilə sülh və dostluq şəraitində yaşamaq yolunu tutub. Amma nə etmək olar ki,ölkəmizin yerləşdiyi bölgə Ermənistan kimi təcavüzkar siyasət yeridən qonşunun işğalçılığı üzündən uzun müddət gərginlik ocağı olaraq qalırdı. Bir çox ölkələr Azərbaycanın ciddi iqtisadi potensiala malik olaraq dövlətini gücləndirə biləcəyini həzm etməyərək, hər vəclə çalışırlar ki, ölkəmiz daim təhdid və təzyiq altında yaşasın. Amma bütün çətinliklərə baxmayaraq, Azərbaycan beynəlxalq prinsiplərdən irəli gələn mehriban qonşuluq, qarşılıqlı əməkdaşlıq və bir-birinin daxili işlərinə qarışmamaq siyasəti yürütməklə qonşu dövlətlərlə əməkdaşlağı durmadan inkişaf etdirir. Əlbəttə ki, işğalçı Ermənistanı çıxmaq şərtilə…
Azərbaycanın qonşu ölkələrlə bağlı siyasətində Gürcüstanla münasibətlər xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan-Gürcüstan dostluğunun çox qədim tarixi var və bu iki ölkə təkcə qonşu və dost deyil, həm də mühüm strateji tərəfdaşdır.
Azərbaycanla Gürcüstan arasında 1992-ci ilin noyabrın 18-də diplomatik münasibətlər yaranıb. 1995-ci ilin fevralında Bakıda Gürcüstan səfirliyi, 1996-cı ilin martında isə Tiflisdə Azərbaycan səfirliyi işə başlayıb. Azərbaycanla Gürcüstanı aşağıdakı siyasi xəttlər birləşdirir: Birincisi, müstəqil dövlətin möhkəmlənməsi və beynəlxalq əlaqələrinin genişlənməsi. İkincisi, Qafqazda siyasi sabitliyin yaranması. Üçüncüsü Transqafqaz və Transxəzər magistrallarının təhlükəsizliyinin təmini və nəhayət, demokratik cəmiyyət, hüquqi dövlətin quruculuğu prosesində qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi. Qeyd edək ki, hər iki ölkə separatizmin qurbanıdır. Buna görədir ki, Türkiyə, Azərbaycan və Gürcüstan separatizm və terrorizmə qarşı birgə mübarizə istiqamətində də əməkdaşlıq edirlər. 1995-ci ildə Bakı ilə Tiflis arasında siyasi, iqtisadi, hərbi, kommunikasiya sahələrini əhatə edən müqavilə imzalanıb. Dəfələrlə iki ölkənin dövlət başçılarının bir-birinə ikitərəfli səfərləri olub və bunun da nəticəsində çoxsaylı müqavilə və sənədlər imzalanıb. Bu müqavilələr arasında iqtisadi sahədə imzalanan sənədlər xüsusi yer turur. Statistik məlumatlara əsasən, təkcə ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 771 milyon ABŞ dolları olub. Bu il yanvar-avqust aylarında isə ikitərəfli ticarət dövriyyəsi 612,87 milyon ABŞ dollarını keçib, ikitərəfli ticarətin saldosu isə müsbət 444 milyon ABŞ dolları təşkil edib. Həmçinin ümumilikdə Gürcüstandan Azərbaycana 279 milyon, Azərbaycandan Gürcüstana isə 3,4 milyard ABŞ dolları məbləğində investisiya yatırılıb. Təbii ki, qeyd olunan rəqəmlər yüksək göstəricidir və bu sahədə genişlənən əməkdaşlığı əks etdirir
Heç şübhəsiz Bakı-Supsa, Bakı-Tiflis-Ceyhan neft kəmərləri, Bakı-Tiflis-Qars dəmir yolu xətti, TRASEKA kimi enerji, nəqliyyat-kommunikasiya layihələri bu iki ölkəni bir-birinə strateji cəhətdən daha sıx tellərlə bağlayır. Azərbaycan Gürcüstanın qaza olan tələbatının 70 faizini verir. Ötən müddət ərzində Tiflislə Bakı arasında ümumiyyətlə, 125-dən artıq hüquqi-normativ sənədlər imzalanıb. Regional və qlobal məsələlərdə də hər iki ölkə əksər hallarda eyni mövqedən çıxış edirlər. Azərbaycan Gürcüstanla birgə «Şərq əməkdaşlığı» proqramının iştirakçısıdır. Bundan başqa hər iki dövlət GUAM, habelə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında da təmsil olunurlar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin cari ilin 8 oktyabında Gürcüstana işgüzar səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır. Tbilisidə Prezident İlham Əliyev və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili mətbuata bəyanatla çıxışları zamanı iki ölkə arasında mövcud münasibətləri yüksək dəyərləndirdilər və gələcək perspektivlərdən söz açdılar. Baş nazir İrakli Qaribaşvili həmçinin Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərini bildirdi. Cənab Prezident İlham Əliyev isə çıxışında bir mühüm məqamı vurğuladı ki, Azərbaycan və Gürcüstanın birgə həyata keçirdikləri enerji və nəqliyyat layihələri bu gün bir çox ölkələrin enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına əvəzsiz töhfələr verir. Buna görə də mövcud əməkdaşlıq sahələrinin daha da genişləndirilməsi bütün tərəflərin marağında olan məsələdi. Dövlətimizin başçısı çıxışı zamanı Ermənistanla Azərbaycan arasında normallaşma prosesinə də toxundu və bunun bölgə üçün əhəmiyyətini vurğuladı.
Azərbaycanla Gürcüstan arasında münasibətlərə nəzər salarkən, humanitar sahədə əməkdaşlığı xüsusilə vurğulamaq lazımdır. Bu sahədə əməkdaşlıqdan danışarkən Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda həyata keçirilən çoxsaylı layihələri xüsusi vurğulamaq lazımdır. Paytaxt Tbilisidə Ümummilli Lider Heydər Əliyevin adını daşıyan böyük küçə, park və abidə var. Bu, bir daha göstərir ki, Ulu Öndər Gürcüstanla əlaqələrə necə böyük önəm verib. Ümummilli Lider iki ölkənin xalqları arasında əlaqələri belə xarakterizə etmişdi: “Azərbaycan və gürcü xalqları xoşbəxtdirlər ki, onlar qonşu xalqlardır. Bizim əcdadlarımız həmin təmasları yaradıb və bu gün bizim vəzifəmiz odur ki, həmin əməkdaşlığı irəli aparaq və gələcək nəsillərə ötürək”.
Bu il bir çox ölkələrdə olduğu kimi, Gürcüstanda da ilboyu Ulu Öndər Heydər Əliyevin 100 illiyinin qeyd edilməsi Gürcüstan hökumətinin və gürcü xalqının ölkəmizə və xalqımıza qarşı bəslədikləri ən səmimi münasibətlərdən xəbər verir. Ölkələrimiz arasında əlaqələrin və əməkdaşlığın inkişaf dinamikası onu deməyə əsas verir ki, Azərbaycan-Gürcüstan münasibətləri gələcəkdə daha da genişlənəcək və yeni sahələri əhatə edəcəkdir.
YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov.
Xəbər lenti
Hamısına baxDünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38

