/ / YAP Samux rayon təşkilatında “Dövlət müstəqilliyinin bərpasına aparan yol” mövzusunda tədbir keçirildi
YAP Samux rayon təşkilatında “Dövlət müstəqilliyinin bərpasına aparan yol” mövzusunda tədbir keçirildi
18.10.2023 [16:34]
18 oktyabr 2023-cü il tarixdə YAP Samux rayon təşkilatında ərazi partiya təşkilat sədrlərinin və fəal partiya üzvlərinin iştirakı ilə Müstəqilliyin bərpası gününə həsr edilmiş “Dövlət müstəqilliyinin bərpasına aparan yol” mövzusunda tədbir keçirildi.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra YAP Samux rayon təşkilatının sədri Gündüz Bayramov çıxış edərək, Azərbaycan dövlətinin müstəqillik tarixinin müxtəlif məqamlarından, söz açdı. Müstəqilliyini yenicə elan etmiş Azərbaycan Respublikasının çox mürəkkəb tarixi şəraitdə fəaliyyət göstərməyə başladığını, böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin ölkədə hakimiyyətə qayıdışı ilə bu təhlükənin sovuşduğunu, ölkənin möhkəm əsaslar üzərində yeni inkişaf xətti tutduğunu qeyd etdi. Gündüz Bayramov Heydər Əliyevin daxili və xarici siyasət kursunun, dövlət quruculuğu konsepsiyasının möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bu gün də uğurla davam etdirdiyini vurğuladı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımızın 44 gün ərzində azad olunması ilə nəticələnən Vətən müharibəsinin müstəqillik tariximizin zirvəsi olduğunu qeyd etdi. Gündüz Bayramov bu il sentyabr ayının 19-da Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirlərindən danışaraq, bu əməliyyatın dünya üçün bir nümunə olduğunu və yüksək peşəkarlığa malik Azərbaycan ordusunun qarşısına qoyduğu hədəflərə uğurla çatdığını bildirdi. Gündüz Bayramov çıxışının sonunda qeyd etdi ki, Oktyabrın 15-də çoxəsrlik tariximizə növbəti zəfər və qürur səhifəsi yazıldı. Müzəffər Ali Baş Komandanın Prezident seçilməsinin 20-ci ildönümündə Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə, Əsgəranda Azərbaycan Bayrağı ucaldıldı, Prezident İlham Əliyev verdiyi bütün vədləri, qarşısına qoyduğu bütün vəzifələri icra etdi.
Tədbirdə iştirak edən Samux rayon İcra Hakimiyyəti Başçısı Aparatının müavini Kəmalə Xəlilova çıxış edərək 44 günlük Vətən müharibəsində düşmən üzərində qazandığı parlaq qələbədən və 19 sentyabr tarixində Qarabağda uğurla nəticələnən antiterror əməliyyatlarından danışdı. Daha sonra natiq qeyd etdi ki, oktyabrın 15-də şanlı tariximizin ən böyük şəxsiyyətlərindən biri, qalib sərkərdə İlham Əliyev böyük və müdrik xalqımıza növbəti qələbənin sevincini yaşatdı. Üçrəngli bayrağımızı əzəli və əbədi torpaqlarımızda – Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə, Əsgəranda ucaltmaqla xalqımızın arzularını çin etdi, şanını-şöhrətini bütün dünyaya yaydı.
Sonra tədbirdə iştirak edən fəal partiya üzvlərindən Şəmistan Yusibov Mirzəmməd Orucov, Gəray Bayramov, Elvin Quliyev, Dilarə Əsgərova, Zərifə Məmmədova çıxış edərək hazırda Azərbaycanın yerləşdiyi bölgədə baş verən siyasi və iqtisadi proseslərin gedişinə təsir göstərməyə qadir olan ölkəyə çevrildiyini bildirdilər. Natiqlər, dövlət müstəqilliyimizin əhəmiyyətindən, Azərbaycanın siyasi, iqtisadi, mədəni sahələrdə qazandığı nailiyyətlərdən bəhs etdilər, sarsılmaz dövlətçiliyimizin daha da möhkəmləndiyini diqqətə çatdırdılar.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

