Bu gün Azərbaycan regionun lider dövlətidir
15.01.2024 [11:00]
YAP Ağdam rayon təşkilatının sədri
Mansur Quliyev
Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin fəal aktoru kimi Avropa, Asiya və bir çox region ölkələri ilə həm diplomatik, həm iqtisadi, həmdə ticari və digər sahələr üzrə sıx əməkdaşlıq prinsiplərinə sahib olan dövlətdir və bu da ölkəmizin beynəlxalq müstəvidə qazandığı diplomatik uğurdur.
Lakin tarixə nəzər salsaq görmək olar ki, bütün dövr və dönəmlərdə özünü dost kimi göstərməyə çalışan Fransa Azərbaycana qarşı hər zaman məkrli siyasət aparmışdır.
44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Ermənistan üzərində parlaq qələbəsini həzm edə bilməyən Fransa bu gün ermənipərəst mövqe nümayiş etdirməklə regionda dayanıqlı sülhün təmin olunmasına süni əngəllər yaratmağa cəhd göstərir. Ancaq Fransa yaddan çıxarmamalıdır ki, bu gün Azərbaycan regionun lider dövlətidir və bölgədə dayanıqlı sülhün əsas təminatçısı olan qüdrətli dövlətdir.
Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib və müsahibə zamanı jurnalistlərin suallarını cavablandıraraq dövlətimizin qarşısında duran yeni hədəflər . missiyalar barədə ətraflı məlumat vermişdir.
Jurnalistlərin suallarını cavablandıran ölkə Prezidenti cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan 2024-cü ilə böyük uğurlarla qədəm qoydu. Ötən 2023-cü il Azərbaycanın tarixinə növbəti uğurlu dövr kimi həkk olundu.
Dövlət Başçısı həmçinin son dönəmlər Fransanın ölkəmizə qarşı ikili standartlara əsaslanan qərəzli mövqeyinədə münasibət bildirərək bildirdi ki, “Artıq müsahibələrimdən birində Fransanın necə ATƏT-in Minsk qrupunun həmsədri olması barədə danışmışam. Təkrar etmək istəmirəm. Hərçənd bu məsələni unudan və ya bilməyənlərə xatırlatmaq yerinə düşər ki, Fransa Prezidenti Jak Şirak uzun müddət atamı Fransanın həmsədrliyinə razı salmaq istəyirdi və o, bundan imtina edirdi. Sonradan Prezident Şirakla keçirdiyim görüşlər əsnasında o, dəfələrlə onu necə razı salmaq istədiyini və Fransanın neytral olacağını vəd etdiyini xatırladırdı. Həmçinin mənim qarşımda əlavə edirdi ki, bu vədi atamın həyatda olmadığı vaxtda da yerinə yetirir. Mən bunu həmişə müsbət qəbul edirdim. Ancaq zahirən də, ümumilikdə, bütün bunlar onun dediyi kimi təsir bağışlayırdı. Hərçənd bilmirəm ki, pərdə arxasında nələr baş verirdi, lakin son vaxta qədər balans zahirən saxlanılırdı. Balans, hətta Fransa tərəfindən İkinci Qarabağ müharibəsinə qədər pozulmuşdu və bu, görünür ki, Fransanın xarici siyasətində fundamental əsasların nəsil dəyişikliyi səbəbindən baş vermişdi. Biz hazırda bunu təkcə Fransada deyil, həm də Avropa ölkələrinin əksəriyyətində müşahidə edirik. Öz ölkəsində və beynəlxalq arenada böyük nüfuz sahibi olan insanlar siyasət səhnəsindən getdilər və ümumilikdə, təsadüfi adamlar – populistlər, demaqoqlar gəldilər və bunun nə ilə nəticələndiyini hamımız görürük.”
Qeyd etmək lazımdır ki, həyata keçirilən siyasət ölkəmizin müstəqil, dünyəvi və demokratik dövlət quruculuğu yolu ilə inamla irəliləməsinə, regionda həlledici söz sahibi olmasına, bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əlaqələrinin qurulmasına əlverişli zəmin yaradıb. Onu da vurğulamaq lazımdır ki, Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas təminatçısıdır. Bəli, bu bir həqiqətdir ki, Azərbaycan 44 günlük Vətən Müharibəsindən sonra regionda və bölgədə yeni reallıqlar yaratdı və postmünaqişə dövründə diktə edən dövlət kimi böyük nüfuz və güc sahibidir.Azərbaycan qalib tərəf kimi bu gündə sülhün tərəfdarıdır və bu istiqamətdə müəyyən addımlar atılmışdır.
Prezident İlham Əliyevin son 20 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olunması şərtləndirdi və bu gün Azərbaycan xalqı müzəffər xalq kimi yaşayır.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
10 İyul 23:21
İqtisadiyyat
10 İyul 22:45
Dünya
10 İyul 22:19
Dünya
10 İyul 21:50
İqtisadiyyat
10 İyul 21:26
Dünya
10 İyul 21:13
Gündəm
10 İyul 20:49
Elm
10 İyul 20:41
Dünya
10 İyul 20:35
İqtisadiyyat
10 İyul 20:18
Maraqlı
10 İyul 19:50
Dünya
10 İyul 19:23
Dünya
10 İyul 19:07
Maraqlı
10 İyul 18:39
Dünya
10 İyul 18:03
Dünya
10 İyul 17:55
Dünya
10 İyul 17:23
Dünya
10 İyul 16:49
Dünya
10 İyul 16:20
YAP xəbərləri
10 İyul 15:50
İqtisadiyyat
10 İyul 15:39
İqtisadiyyat
10 İyul 15:38
Dünya
10 İyul 15:32
Dünya
10 İyul 15:06
Sosial
10 İyul 14:54
Sosial
10 İyul 14:43
Dünya
10 İyul 14:40
Dünya
10 İyul 14:19
Sosial
10 İyul 14:06
İqtisadiyyat
10 İyul 14:06
Elanlar
10 İyul 14:05
Sosial
10 İyul 14:04
YAP xəbərləri
10 İyul 14:03
Dünya
10 İyul 13:51
Dünya
10 İyul 13:35
Sosial
10 İyul 12:43
Sosial
10 İyul 12:43
Elm
10 İyul 12:42
Dünya
10 İyul 12:26
Dünya
10 İyul 12:10
Gündəm
10 İyul 11:50
Gündəm
10 İyul 11:48
İqtisadiyyat
10 İyul 11:47
Gündəm
10 İyul 11:35
İqtisadiyyat
10 İyul 11:35
Siyasət
10 İyul 11:25
Siyasət
10 İyul 11:14
MEDİA
10 İyul 11:13
İqtisadiyyat
10 İyul 11:05
Sosial
10 İyul 10:42
İqtisadiyyat
10 İyul 10:40
Dünya
10 İyul 10:19
Xəbər lenti
10 İyul 10:17
YAP xəbərləri
10 İyul 09:54
Analitik
10 İyul 09:52
Dünya
10 İyul 09:45
Analitik
10 İyul 09:45
Sosial
10 İyul 09:40
Sosial
10 İyul 09:35
Sosial
10 İyul 09:17
Dünya
10 İyul 08:50
İdman
10 İyul 08:22
Dünya
09 İyul 23:32
Sosial
09 İyul 23:17
Dünya
09 İyul 22:45
İqtisadiyyat
09 İyul 22:19
Dünya
09 İyul 22:03
İdman
09 İyul 21:59
İdman
09 İyul 21:50
Hərbi
09 İyul 21:24

