Azərbaycan, yeni inkişaf, yüksəliş dövrünün qədəmləri xeyirli olsun!
16.02.2024 [17:36]
Bayram Aslanov,
YAP İdarə Heyətinin üzvü, YAP Gəncə şəhər təşkilatının sədri
2003-cü ildən başlanan yolda zəfər dastanı yazmaqda davam edən Azərbaycan xalqı yeni dövrə alnı açıq, üzü ağ, başı dik addımlayır. Azərbaycanın tarixinə uğurlu dövr kimi həkk olunan 20 ildə Qalib Lider, Prezident, Müzəffər Ali Baş Komandanı İlham Əliyevin müdrik siyasəti nəticəsində Azərbaycan xalqı bütün dünyaya sübut etdi ki, ölkəmizdə xalqın və dövlətin maraqları hər zaman öndə gəlib. Bu illər ərzində ədalətə söykənən tariximizin zəfər səhifələri siyasi-diplomatik müstəvidə daha da möhkəmlənən etimadla, qarşıya qoyulan əsas hədəflərin yerinə yetirilməsi ilə zənginləşib.
Düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni nəfəs gətirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimində əlini Ali rəmzlərin – Konstitusiyanın və "Qurani-Şərif”in üzərinə qoyaraq and içərək, şərəfli, məsuliyyətli missiyasının yeni mərhələsinə başladı. Dövlətin müstəqilliyini və ərazi bütövlüyünü qoruyacağına, xalqa ləyaqətlə xidmət edəcəyinə, xalqın əsrlər boyu yaratdığı milli mənəvi dəyərlərə və ənənələrə sadiq olacağına, onları daim uca tutacağına and içən müstəqil Azərbaycanın Qalib Lideri ilk növbədə, doğma Azərbaycan xalqına öz dərin təşəkkürünü bildirdi:”Əziz xalqımı bir daha əmin etmək istəyirəm ki, bundan sonra da Azərbaycanın hərtərəfli inkişafı, ərazi bütövlüyümüzün qorunması üçün əlimdən gələni əsirgəməyəcəyəm”.
2003-cü ildə andiçmə mərasimində böyük əminliklə verilən vədlər bugünümüzün reallıqlarında öz təsdiqini tapıb. Ərazi bütövlüyümüz tam bərpa edildi, güclü hərbi sənaye kompleksi yaradıldı.2003-cü ildə 7 milyard dollar olan ümumi daxili məhsulumuz keçən ilin yekunlarına görə 72 milyard dollara yüksəldi. 2003-cü ildə valyuta ehtiyatlarımız 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. 20 il əvvəl 9 manat olan minimum əməkhaqqı 345 manata, 20 manat olan minimum pensiya bu gün 280 manata, orta əməkhaqqı 940 manata çatdırılıb. 20 ilin yüksəlişinin rəqəmlərdəki ifadəsi bir daha onu təsdiq edir ki, Azərbaycan tarixdə heç zaman Prezident cənab İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi illərdəki kimi qüdrətli, güvənli olmayıb. 20 il ərzində Ulu Öndər Heydər Əliyevin siyasi xəttinin davamçısı Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tək Cənubi Qafqazın deyil, Qərblə Şərqin qovuşuğunda yerləşən böyük bir bölgənin ən nüfuzlu dövlətlərindən birinə çevrildi. Ölkəmizdə həyata keçirilən siyasi və iqtisadi islahatlar, sosial-iqtisadi sahədə, eyni zamanda beynəlxalq əməkdaşlıq sahəsində əldə olunan uğurlar, Şanlı Ordumuzun parlaq qələbəsi nəticəsində torpaqlarımızın işğaldan azad edilməsi, parlaq gələcəyə hesablanmış addımlar deməyə əsas verir ki, Azərbaycanın taleyi etibarlı əllərdədir.
Ölkə Başçımız cənab İlham Əliyev ölkənin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə özünün əsl siyasi lider olduğunu isbatladı. Qarşıdan gələn illərdə də Ümummilli Liderin şah əsəri olan müasir müstəqil Azərbaycanın tarixi daha da zənginləşdirəcək. Yeni dövrün başlanğıcında ölkəmiz daha da inkişaf edəcək və yeni hədəflərə, daha parlaq gələcəyə doğru mətin addımlarla irəliləyəcək.
Beləliklə, Azərbaycan üçün yeni dövr başlayır. Biz bu dövrə alnımız açıq, üzümüz ağ, başımız dik daxil oluruq. Prezident cənab İlham Əliyev fevralın 14-də Milli Məclisdə andiçmə mərasimindəki çıxışında qeyd etdiyi kimi: “Biz bu gün Ağdamdayıq, Füzulidəyik, Laçındayıq, Cəbrayıldayıq, Zəngilandayıq, Qubadlıdayıq, Kəlbəcərdəyik, Şuşadayıq, Hadrutdayıq, Xocalıdayıq, Ağdərədəyik, Əsgərandayıq, Xankəndidəyik! Bu yeni dövr uğurla başlayır. Əminəm ki, uğurla da davam edəcək. Bu yolda hamımıza uğurlar, yolumuz açıq olsun!”
Tarixin ən qüdrətli dövrünü yaşayan Azərbaycan, yeni inkişaf, yüksəliş dövrünün qədəmləri xeyirli olsun!
Xəbər lenti
Hamısına baxDünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
İqtisadiyyat
04 İyul 10:31
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30

