Azərbaycan etibarlı tərəfdaş olduğunu sübut edir
27.03.2024 [11:15]
1992-ci ildə Azərbaycanın yeni yaradılan Şimali Atlantika Əməkdaşlıq Şurasına daxil olması ilə əsası qoyulan Azərbaycanla NATO arasında əhəmiyyətli əməkdaşlıq 1994-cü ildə başlamışdır. Prezident Heydər Əliyevin 21 noyabr tarixli fərmanı ilə 1997-ci ildə NATO-da diplomatik nümayəndəlik təsis edilib.
Ümummilli lider Heydər Əliyevin məqsədyönlü düşünülmüş siyasi kursunu dövrün tələblərinə uyğun olaraq uğurla davam etdirən Prezident İlham Əliyev də Azərbaycanın NATO ilə əməkdaşlığının inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir.
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə səfərdə olan NATO-nun Baş katibi Yens Stoltenberqlə əvvəlcə təkbətək , sonra geniş tərkibdə görüşü olmuşdur. Daha sonra dövlətimizin başçısı NATO-nun Baş katibi ilə birgə mətbuata bəyanatla çıxış ediblər.
Prezident İlham Əliyev bəyanatında Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi olduğunu, ölkəmizin Kosovoda və Əfqanıstanda sülhməramlı əməliyyatlarda iştirak etdiyini, 2021-ci il avqustun axırında Əfqanıstanı tərk edən sonuncu müttəfiq qüvvələrin Azərbaycan hərbi qulluqçuları olduğunu , bütün bunların əməkdaşlığımıza güclü sadiqliyimizi nümayiş etdirdiyini bildirib.
Dövlətimizin başçısı çıxışında həmişə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı haqqında danışırdıqsa , artıq üç ildən çoxdur ki, bu məsələ müzakirə mövzuları sırasında yer almadığını, səbəb isə Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və suverenliyini bərpa etdiyini qeyd edib. Cənab Prezident onu da əlavə edib ki, münaqişə hərbi-siyasi yolla həll edilib və Azərbaycan BMT Nizamnaməsinə əsasən özünümüdafiə hüququndan istifadə edib.
Çıxışında Ermənistan-Azərbaycan münasibətlərinin bu günkü vəziyyətinə toxunan ölkə başçısı hazırda Ermənistanla sülh danışıqlarının fəal mərhələsində olduğumuzu bildirib. Cənab Prezident sülh danışıqlarına başlamaq Azərbaycanın təşəbbüsü olduğunu, bu günədək sülh sazişinin layihəsinə dair ermənistanlı həmkarlarla 7 dəfə şərhlərin mübadiləsi baş tutduğunu diqqətə çatdırıb.
“Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onların 6-sı NATO-ya üzv, digər ikisi isə NATO-nun tərəfdaş ölkəsidir. Əminəm ki, qarşıdan gələn illərdə tərəfdaşlarımızın sayı artacaq”,- deyən dövlətimizin başçısı Avropa Komissiyasının Azərbaycanı etibarlı tərəfdaş və ümumavropa qaz təchizatçısı adlandırdığını, bunun isə həm böyük üstünlük, həm də böyük məsuliyyət olduğunu vurğulayıb.
Prezident İlham Əliyev bəyanatında həmçinin Azərbaycanın yekdilliklə COP29-a ev sahibliyi edəcək ölkə seçilməsindən bəhs edib, bunun ölkəmizin yaşıl keçidlə bağlı səylərinin tanınmasının göstəricisi olduğunu qeyd edib.
Sahib Şükürov
Yeni Azərbaycan Partiyası Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
11 Sentyabr 15:01
Dünya
11 Sentyabr 14:19
YAP xəbərləri
11 Sentyabr 14:18
Elm
11 Sentyabr 14:16
İqtisadiyyat
11 Sentyabr 14:13
İqtisadiyyat
11 Sentyabr 13:25
Sosial
11 Sentyabr 12:42
Hadisə
11 Sentyabr 12:41
Elm
11 Sentyabr 12:41
Sosial
11 Sentyabr 12:30
Sosial
11 Sentyabr 12:03
Hadisə
11 Sentyabr 11:37
YAP xəbərləri
11 Sentyabr 11:34
YAP xəbərləri
11 Sentyabr 11:30
Gündəm
11 Sentyabr 10:53
İqtisadiyyat
11 Sentyabr 10:15
İqtisadiyyat
11 Sentyabr 09:48
Siyasət
11 Sentyabr 09:45
Mədəniyyət
11 Sentyabr 09:22
Sosial
11 Sentyabr 08:50
Sosial
11 Sentyabr 08:37
Dünya
10 Sentyabr 23:17
Hadisə
10 Sentyabr 22:45
İqtisadiyyat
10 Sentyabr 22:29
Dünya
10 Sentyabr 21:52
Dünya
10 Sentyabr 21:16
Sosial
10 Sentyabr 20:40
İqtisadiyyat
10 Sentyabr 20:25
Yeni texnologiyalar
10 Sentyabr 19:49
Dünya
10 Sentyabr 19:17
YAP xəbərləri
10 Sentyabr 18:23
Dünya
10 Sentyabr 18:20
YAP xəbərləri
10 Sentyabr 18:19
YAP xəbərləri
10 Sentyabr 18:16
YAP xəbərləri
10 Sentyabr 18:13
Dünya
10 Sentyabr 17:35
Analitik
10 Sentyabr 16:41
Maraqlı
10 Sentyabr 16:40
Dünya
10 Sentyabr 16:19
YAP xəbərləri
10 Sentyabr 15:54
Dünya
10 Sentyabr 15:50
YAP xəbərləri
10 Sentyabr 15:48
YAP xəbərləri
10 Sentyabr 15:45
YAP xəbərləri
10 Sentyabr 15:31
YAP xəbərləri
10 Sentyabr 15:28
Dünya
10 Sentyabr 15:23
Siyasət
10 Sentyabr 15:11
Xəbər lenti
10 Sentyabr 14:39
Sosial
10 Sentyabr 14:37
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:36
Siyasət
10 Sentyabr 14:35
Gündəm
10 Sentyabr 14:35
Dünya
10 Sentyabr 14:31
Dünya
10 Sentyabr 14:06
Dünya
10 Sentyabr 13:48
Dünya
10 Sentyabr 13:25
YAP xəbərləri
10 Sentyabr 12:44
Gündəm
10 Sentyabr 12:43
Dünya
10 Sentyabr 12:41
YAP xəbərləri
10 Sentyabr 12:24
YAP xəbərləri
10 Sentyabr 12:20
YAP xəbərləri
10 Sentyabr 12:16
Dünya
10 Sentyabr 12:14
YAP xəbərləri
10 Sentyabr 12:12
Gündəm
10 Sentyabr 12:07
Gündəm
10 Sentyabr 11:36
İqtisadiyyat
10 Sentyabr 11:12
Dünya
10 Sentyabr 11:09
Sosial
10 Sentyabr 11:00

