Əməkdaşlıqda yeni mərhələ
06.04.2024 [12:22]
Bu gün Azərbaycan-Konqo münasibətləi müzakirə edilən məsələlər sırasındadır. Aprelin 4-də bu ölkənin Prezidenti Deni Sassu-Nqessonun ölkəmizə rəsmi səfəri əlaqələrin gələcək inkişafını təmin etmək üçün mövcud imkanlara bir daha diqqət yetirməyə, hədəfləri müəyyənləşdirməyə imkanlar yaratdı. Bu, Konqo Prezidentinin ilk səfəri idi. Cənab İlham Əliyev səfərin tarixi səfər olduğunu şərtləndirən amillərə diqqəti yönəldərək bildirdi ki, ölkələrimiz arasındakı əlaqələrdə yeni səhifə açılır. Biz öz siyasi iradəmizi ortaya qoymuşuq və əldə edilmiş bütün razılaşmalara birgə səylərlə çatacağıq. Təbii ki, bu əminliyə əsas verən mühüm məqamlardan biri də müxtəlif sahələrin inkişafına xidmət edən sənədlərin imzalanmasıdır. Səfər çərçivəsində “Azərbaycan Respublikası və Konqo Respublikası arasında əməkdaşlıq haqqında Bəyannamə”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında təlim haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə Konqo Milli Neft Şirkəti arasında “Congolaise de Raffinage” neft emalı zavodunun təkmilləşdirilməsi və genişləndirilməsi haqqında Şərtlər Razılığı”, “Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Konqo Respublikasının Ətraf Mühit, Davamlı İnkişaf və Konqo Hövzəsi Nazirliyi arasında ətraf mühit, təbii sərvətlərin davamlı idarə olunması və iqlim dəyişmələri üzrə əməkdaşlıq sahəsində Niyyət Protokolu” imzalandı. Əməkdaşlıq haqqında Bəyannamənin imzalanması özündə bütün məqamları ehtiva edir. Bir daha təsdiqlənir ki, əlaqələrin inkişafı üçün imkanlar mövcuddur və səyləri birləşdirməklə hədəflərə yüksək səviyyədə nail ola bilərik. Bu nöqteyi-nəzərdən cənab İlham Əliyev “Biz bundan sonra da beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstək əsasında qarşılıqlı fəaliyyətimizi davam etdirəcəyik” söyləyərək onu da vurğuladı ki, xüsusilə BMT-də və Qoşulmama Hərəkatı çərçivəsində əlaqələr daha da inkişaf etdiriləcək. Qoşulmama Hərəkatına bu ilin yanvar ayına qədər 4 il uğurla sədrlik etmiş Azərbaycan Konqonun dəstəyini hər zaman hiss etmişdir: “Bizim təşəbbüslərimizə Konqo hər zaman öz dəstəyini vermişdir və bunun nəticəsində sədrliyimiz dövründə Qoşulmama Hərəkatının institusional inkişafı da təmin edilmişdir.” Belə ki, qurumun Parlament Şəbəkəsi, Gənclər və Qadınlar platformaları məhz Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dönəmində yaradılmışdır. Bu gün Qoşulmama Hərəkatı əvvəlki dövrlərə nisbətən daha güclü təşkilatdır. Bu təşkilatın dünya miqyasında və dünyada gedən proseslərdə oynadığı rolun artırılması bütün üzv ölkələrinin marağındadır. Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci böyük təsisatdır, 121 üzvü var. Səfər çərçivəsində keçirilən görüşlərdə bu təsisatın gələcək inkişafı ilə bağlı geniş fikir mübadiləsi aparıldı. O da bildirildi ki, Qoşulmama Hərəkatına sədrlik dövründə prioritetlər arasında neokolonializmə qarşı mübarizə məsələləri dayanmışdır: “Bizim xarici siyasət istiqamətləri arasında bu sahə xüsusi önəm daşıyır. Bir müddət bundan əvvəl Azərbaycanda Bakı Təşəbbüs Qrupu yaradılmışdır. Bu, beynəlxalq qurumdur. Bu qurumun əsas məqsədi kolonializmin, yəni müstəmləkəçiliyin yeni təzahürlərinə qarşı mübarizə aparmaq və bu gün müstəmləkəçilikdən əziyyət çəkən xalqları dəstəkləmək, o xalqların hüquqi əsaslar üzərində azadlığa qovuşmasını təmin etməkdir. Bakı Təşəbbüs Qrupu bu gün dünya miqyasında böyük hörmətə malik olan qurumdur və yenə də deyirəm ki, bu qurumun nəticələri göz qabağındadır.” Səfər iki ölkənin iqtisadi əlaqələrinin gələcək inkişafına da aydınlıq gətirdi. Cənab İlham Əliyev prioritetlər sırasında onu da bildirdi ki, Azərbaycan Konqoda bir çox investisiya layihələrində iştirak etmək fikrindədir. Bərpaolunan enerji, energetika, mədənçilik və digər sahələrdə əməkdaşlıq üçün çox gözəl perspektivlər var. Müzakirə aparıldı, müvafiq göstərişlər verildi və gələcək aylar ərzində nümayəndələrimiz bir-biri ilə sıx təmasda olacaqlar. Konqo Prezidentinin qeyd etdiyi kimi, iki ölkənin əlkaqələrində tarixi anlar yaşanır. İlk səfər münasibətlərin uğurlu gələcəyinə daha böyük inamla baxmağa əsas verir. Əməkdaşlıq haqqında Bəyannamə mühüm mərhələdir, gələcək aylarda və illərdə ölkələrimiz arasında bütün sahələrdə fəaliyyəti istiqamətləndirəcək.
Nihad Pənahov
YAP Tovuz rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxSosial
15 May 22:40
Mədəniyyət
15 May 22:31
Dünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53

