Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Yeni texnologiyalar / Tacikistanın mobil operatoru “Azerspace-2” peykindən istifadə edəcək

Tacikistanın mobil operatoru “Azerspace-2” peykindən istifadə edəcək

30.10.2024 [23:29]

“Azərkosmos” Tacikistanın “ZET Mobile” mobil operatoru ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

“Azərkosmos”dan AZƏRTAC-a bildirilib ki, “ZET Mobile” “Azerspace-2” peykindən istifadə etməklə Tacikistanın uzaq regionlarında yüksəkkeyfiyyətli rabitə xidmətlərinin təmin olunmasını təşkil edəcək.

Tacikistanda rabitə xidmətlərinə çıxış adətən iri şəhərlərlə məhdudlaşır. “Azərkosmos”la əməkdaşlıq Tacikistanın həm rəqəmsal infrastrukturuna, həm də ucqar bölgələrdə sosial-iqtisadi inkişafa töhfə verəcək. “ZET Mobile” mobil operatoru “Azerspace-2” peykinin xidmətlərindən istifadə etməklə müştərilərinə nəqliyyat vasitələrində, dövlət və özəl qurumlarda, eləcə də ucqar ərazilərdə rabitə və internet xidmətlərindən faydalanmaq imkanı yaradacaq.

Paylaş:
Baxılıb: 736 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Qarşıdakı 4 ildə...

17 Aprel 11:12  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30