“Bakcell”dən korporativ müştərilər üçün misilsiz smartfon kampaniyası!
27.01.2018 [10:22]
Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi “Bakcell” şirkəti korporativ abunəçilər üçün xüsusi smartfon kampaniyası elan edir.
Yeni korporativ müştəriləri “Bakcell biznes” ailəsində səmimiyyətlə qarşılamaq və mövcud korporativ müştəriləri əlavə imtiyazlarla təmin etmək məqsədilə “Bakcell” onlara ən son model smartfonları hissə-hissə ödənişlə əldə etmək fürsəti verir. Belə ki, korporativ müştərilər ayda cəmi 79 manatdan başlayan (smartfonun modelindən asılı olaraq) qiymətlərlə “Bakcell”dən ən son model “Apple” (iPhone 7, iPhone 7 Plus, iPhone 8, iPhone 8 Plus və iPhone X) və “Samsung” (Galaxy S8, Galaxy S8 Plus və Galaxy Note 8) smartfonlarına sahib ola bilərlər. Smartfonların dəyərini müştərinin seçimindən asılı olaraq 12, 18 və 24 ay ərzində ödəmək mümkündür. Bunun üçün heç bir ilkin ödəniş tələb olunmur və aylıq ödənişin məbləği cihazin modeli və hissə-hissə ödənişin müddətindən asılıdır. Üstəlik, ən son model cihazları əldə etmiş korporativ abunəçilərə “Bakcell”dən şəbəkədaxili zənglər üçün 3000 dəqiqə, şəbəkəxarici zənglər üçün 1000 dəqiqə, 5 Gb internet və hətta beynəlxalq zənglər üçün 10 dəqiqədən ibarət xüsusi aylıq paket təqdim olunur. Bundan əlavə, bu misilsiz fürsətdən yararlanan abunəçilər “WhatsApp” əlavəsindən PULSUZ istifadə edəcəklər.
20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərən “Bakcell” şirkəti hazırda müxtəlif sahələri təmsil edən 1800-dən artıq korporativ müştəriyə xidmət edir. “Bakcell”in peşəkar komandası şirkətlərə, dövlət qurumlarına və digər təşkilatlara istənilən növ mobil telekommunikasiya xidməti göstərməyə hazırdır. “Bakcell” özünün korporativ abunəçilərinə daha təhlükəsiz və etibarlı rabitə təqdim etməklə, daha effektiv fəaliyyət göstərməkdə, müştəriləri ilə əməkdaşlıq və sıx ünsiyyət qurmaqda onlara dəstək göstərir.
Qeyd edək ki, bu kampaniya xüsusi olaraq “Bakcell”in yeni və mövcud korporativ “Biznes” abunəçiləri üçün yaradılıb. “Bakcell biznes” abunəçiləri müvafiq nümayəndələrlə (kuratorlarla) əlaqə saxlayıb bu kampaniyadan yararlana bilərlər. Kampaniyaya və “Bakcell” ailəsinə qoşulmaq istəyən şirkət və qurumlar isə (012) 498 89 89 nömrəsinə zəng etməklə və ya business@bakcell.com elektron ünvanına məktub göndərməklə “Bakcell biznes” ailəsinə qoşulmaq, misilsiz biznes tarif paketləri, təkliflər və kampaniyalardan yararlanmaq imkanları barədə ətraflı məlumat ala bilərlər.
Xəbər lenti
Hamısına baxDünya
07 Avqust 23:21
Maraqlı
07 Avqust 22:17
Maraqlı
07 Avqust 21:35
Analitik
07 Avqust 21:02
Siyasət
07 Avqust 21:00
Siyasət
07 Avqust 20:57
Siyasət
07 Avqust 20:41
Dünya
07 Avqust 20:17
Dünya
07 Avqust 19:22
Dünya
07 Avqust 18:45
Dünya
07 Avqust 18:19
Dünya
07 Avqust 17:49
Dünya
07 Avqust 17:25
Dünya
07 Avqust 16:57
Dünya
07 Avqust 16:40
Dünya
07 Avqust 16:23
İdman
07 Avqust 15:31
Dünya
07 Avqust 15:06
Dünya
07 Avqust 14:45
Hadisə
07 Avqust 14:19
Dünya
07 Avqust 13:50
Siyasət
07 Avqust 13:28
Gündəm
07 Avqust 13:27
Siyasət
07 Avqust 13:26
Siyasət
07 Avqust 13:25
Dünya
07 Avqust 13:25
Siyasət
07 Avqust 13:23
MEDİA
07 Avqust 13:22
Siyasət
07 Avqust 13:22
Sosial
07 Avqust 13:20
MEDİA
07 Avqust 13:04
MEDİA
07 Avqust 12:55
Dünya
07 Avqust 12:43
Hadisə
07 Avqust 12:18
Gündəm
07 Avqust 11:55
Gündəm
07 Avqust 11:40
Siyasət
07 Avqust 11:20
Sosial
07 Avqust 10:50
Analitik
07 Avqust 10:30
Analitik
07 Avqust 10:05
Analitik
07 Avqust 09:45
Analitik
07 Avqust 09:20
Ədəbiyyat
07 Avqust 09:05
Dünya
07 Avqust 07:28
Dünya
06 Avqust 23:45
Dünya
06 Avqust 23:10
İdman
06 Avqust 23:07
Dünya
06 Avqust 22:42
Dünya
06 Avqust 22:05
Dünya
06 Avqust 21:39
Dünya
06 Avqust 21:17
Siyasət
06 Avqust 21:06
Siyasət
06 Avqust 20:46
Dünya
06 Avqust 20:45
Dünya
06 Avqust 20:12
Dünya
06 Avqust 19:48
İdman
06 Avqust 19:26
İqtisadiyyat
06 Avqust 18:55
İqtisadiyyat
06 Avqust 18:30
İqtisadiyyat
06 Avqust 18:10
Siyasət
06 Avqust 17:50
İdman
06 Avqust 17:32
Elm
06 Avqust 17:27
Dünya
06 Avqust 17:05
İqtisadiyyat
06 Avqust 16:46
Elm
06 Avqust 16:43
Sosial
06 Avqust 16:40
İqtisadiyyat
06 Avqust 16:28
Elm
06 Avqust 16:17
Sosial
06 Avqust 16:11

