Sadır Japarov: Son illər Qırğızıstan ilə Azərbaycan arasında münasibətlər daha da dərinləşib
09.04.2024 [15:05]
Qırğız Respublikasının Prezidenti Sadır Japarov bu ölkəyə rəsmi səfəri çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ceyhun Bayramov tarixi, mədəni və dini ortaqlıqları bölüşdüyümüz qardaş Qırğız Respublikası ilə ölkəmiz arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərinin günbəgün daha da güclənməsinin, həmçinin məzmunca zənginləşməsinin məmnunluq doğurduğunu vurğulayıb.
Ölkələrimiz arasındakı fəal siyasi dialoqun ticarət-iqtisadi, humanitar, mədəni, təhsil və digər sahələrdə ikitərəfli uğurlu əməkdaşlığımızı şərtləndirdiyi diqqətə çatdırılıb. Orta Dəhlizin tranzit imkanlarından Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qırğızıstanın faydalanmasının iki ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsinə təkan verəcəyi qeyd olunub. Beynəlxalq və regional təşkilatlar, xüsusilə BMT, Türk Dövlətləri Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində və digər platformalarda ölkələrimiz arasında koordinasiyalı fəaliyyətin və qarşılıqlı dəstəyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti vurğulanıb. Türk Dövlətləri Təşkilatının bu ilin iyulunda Şuşada, oktyabrında isə Qırğızıstanda keçiriləcək qeyri-rəsmi və rəsmi sammitlərin önəmi diqqətə çatdırılıb. Azərbaycanın bu il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi və bu çərçivədə ölkəmizlə Qırğızıstan arasında fəal əməkdaşlıq üçün əlavə imkan yarandığı vurğulanıb.
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və yenidənqurma işləri barədə danışan Ceyhun Bayramov Ağdamın Xıdırlı kəndində orta məktəbin inşası qərarı ilə bağlı Qırğız Respublikasına təşəkkür edib.
Prezident Sadır Japarov son illər dövlətlərarası münasibətlərimizin daha da dərinləşdiyini və dövlət başçıları səviyyəsində Dövlətlərarası Şuranın fəaliyyətindən məmnun olduğunu bildirib.
Dinamik şəkildə inkişaf edən və möhkəmlənən ikitərəfli əlaqələrimizin parlamentlər, hökumətlər və müvafiq nazirliklər arasında qarşılıqlı fəaliyyətin genişləndirilməsinə imkan yaratdığı vurğulanıb.
Tərəflər Qırğızıstan Prezidentinin ölkəmizə qarşıdan gələn səfəri ilə bağlı məsələlər barədə fikir mübadiləsi aparıblar.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

