Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / "Xaotik hərəkətlər edərək sürücülərə və piyadalara ciddi təhlükə yaradırlar"

"Xaotik hərəkətlər edərək sürücülərə və piyadalara ciddi təhlükə yaradırlar"

10.05.2024 [10:27]


Paytaxt ərazisində moped eləcə də skuterlərin sayı günü gündən artır. Bu da öz növbəsində yol nəqliyyat hadisələrin baş vermə səbəblərini artırır.

Bakı Şəhər  Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) bölmə rəisi Toğrul Nəsirli "Yeni Azərbaycan" a açıqlamasında bildirir ki, istər avtomabil sürücüləri, istərsə də piyadalar tərəfindən moped və skuterlərlə bağlı hər gün  şikayətlər daxil olur: "Belə vasitələri istifadə edən bəzi şəxslər yollarda xaotik hərəkətlər edərək ciddi təhlükə yaradırlar. Skuter və velosipedləri yolun sağ və yol sol tərəfi ilə digər nəqliyyat vasitələrinə maniə  törətmədən idarə etmək lazımdır".

T. Nəsirli KİV vasitəsilə  onlardan bir daha təhlükəsizlik qaydaları ilə yanaşı yol hərəkəti qaydalarına da biganə yanaşmamağı  xahiş edib: "Əks təqdirdə qanuna uyğun olaraq müvafiq tədbirlər həyata keçiriləcək. Əgər belə hallara yol verilərsə onlar haqqında Azərbaycan Respublikasının inzibati xətalar  Məcəlləsinin 338-ci maddəsinə əsasən cinayət işi açılacaq".


Havar Şəfiyeva  

Paylaş:
Baxılıb: 135 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31