Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qərbi Azərbaycan İcması ATƏT-ə çağırış edib

Qərbi Azərbaycan İcması ATƏT-ə çağırış edib

14.05.2024 [13:59]

Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri İan Borqa məktub göndərərək ATƏT-i Ermənistandan qovulmuş azərbaycanlıların öz evlərinə qayıdışına dəstək verməyə çağırıb.

İcmadan AZƏRTAC-a bildiriblər ki, məktubda Ermənistandan azərbaycanlıların qovulması, onların mədəni irsinin, məscidlərinin, qəbiristanlıqlarının və digər müqəddəs yerlərinin dağıdılması barədə məlumat verilir. Ə.Ələkbərli Qərbi Azərbaycan İcmasının fəaliyyətinin əsas məqsədinin Ermənistandan qovulmuş azərbaycanlıların beynəlxalq hüquq çərçivəsində sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə qayıtmalarını təmin etmək olduğunu vurğulayıb. Məktubda İcmanın beynəlxalq hüquqa, o cümlədən dövlətlərin ərazi bütövlüyünə hörmətlə yanaşdığı, qayıdış məsələsi ilə bağlı Ermənistan ilə dialoqa hazır olduğu bildirilir və Ermənistanın dialoqdan boyun qaçırdığı təəssüflə qeyd edilir.

Ə. Ələkbərli, həmçinin ATƏT-in tədbirlərində Qərbi Azərbaycan İcmasının iştirakına Ermənistanın əngəl törətməyə çalışması faktlarını diqqətə çatdırıb, ATƏT-i Ermənistanın ifadə azadlığı və vətəndaş cəmiyyətinin fəaliyyətinə qarşı olan bu cəhdlərini pisləməyə çağırıb.

Məktubun əsli İcmanın nəzdində fəaliyyət göstərən “Qərbi Azərbaycan Televiziyası” kanalının müxbiri tərəfindən ATƏT-in fəaliyyətdə olan sədrinin Bakıda Azərbaycanın xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında ona təqdim edilib.

Paylaş:
Baxılıb: 119 dəfə

Xəbər lenti

Hamısına bax

Ədəbiyyat

Mədəniyyət

Siyasət

Siyasət

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31