/ / Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…
Akademik Nərgiz Paşayeva: Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib…
21.05.2024 [19:42]
Biz böyük bir layihənin başlanğıcı haqqında elmi dairəyə məlumat verdik. Tədbirdə Bakı Dövlət Universitetindən, Azərbaycan Milli Elmlər Akademiyasından dəyərli alimlər, mütəxəssislər iştirak ediblər. Çox gözəl hal idi ki, layihənin Oksford Universiteti tərəfdən rəhbəri, Oksford Universitetinin professoru Edmund Herziq və müqayisəli ədəbiyyatşünaslıq üzrə alim Elio Brankaforte də bu tədbirə qatıldılar.
AZƏRTAC xəbər verir ki, bu sözləri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru akademik Nərgiz Paşayeva “Nizami Gəncəvinin Əlyazmalarının Vahid Kataloqu və Məlumat Bazası” layihəsinin elmi ictimaiyyətə təqdim edilməsi barədə təəssüratlarını jurnalistlərlə bölüşərkən deyib. O, professor Edmund Herziqin bu layihədə aparıcı rolunu qeyd edərək deyib: “Edmund Herziq layihənin müəllifidir və 2022-ci ildə Oksford Universitetinin Nizami Gəncəvi Mərkəzinin Elmi Şurasında layihəni təsdiq etdirib. Layihə artıq öz işlək məqamına gəlib çatıb. Bu möhtəşəm layihə, eyni zamanda, böyük məsuliyyət tələb edir. Layihənin geniş əhatə dairəsi var”.
Akademik Nərgiz Paşayeva diqqətə çatdırıb ki, bu layihə Oksford Universitetinin layihəsidir və əsas məqsədi Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqunu ərsəyə gətirməkdir. İndiyə qədər Nizami Gəncəvinin əlyazmalarının vahid kataloqu olmayıb: “600 ildir ki, Nizaminin əlyazmaları köçürülür, kitabxanalarda, şəxsi kolleksiyalarda saxlanılır. Lakin vahid məlumat bazası olmayıb. Bu məlumat bazasını yaratmaq əslində böyük bir məsuliyyət, böyük bir hünər istəyir. Biz buna başlamışıq və ümidvarıq ki, bu işi yerinə yetirəcəyik. Oksford Universiteti 800 ildir mövcuddur və biz əməkdaşlığa 2013-cü ildən başlamışıq”.
Layihənin Azərbaycan tərəfindən rəhbəri olan akademik Nərgiz Paşayeva onu da qeyd edib ki, layihənin həyata keçirilməsi ilə əlaqədar olaraq Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunun əməkdaşları ilə çox gözəl bir komanda formalaşdırılıb: “Bu komandaya dəyərli alimimiz Nəsib Göyüşov rəhbərlik edir. O, Azərbaycan tərəfindən bu layihəyə araşdırıcı alim kimi cəlb edilib. Layihə çərçivəsində aparıcı işi İrandan Böyük İslam Ensiklopediyası Mərkəzinin professoru Mir-Ənsari həyata keçirir. Layihənin tədqiqat qrupunun üzvləri qədim əlyazmalar üzərində işləyərək onları nəzərdə tutulan vahid kataloq üçün hazırlayırlar”.
Akademik qeyd edib ki, layihə çərçivəsində, həmçinin professor Mir-Ənsari Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin 6 tələbəsinə fars dili və kodikologiya üzrə təlim keçib: “Əlyazmanı oxumaq, dəyərləndirmək mükəmməl bilik tələb edir. Həmçinin Əlyazmalar İnstitutunun əməkdaşları ilə təlimlər keçirilib. Çünki kataloqlaşdırma sisteminə yeni baxış var, əlyazmaların oxunması, köçürülməsi, redaktəsi, təsnifatı məsələləri var. Bəzən tarixi səhvlərə yol verilib, bəzi əlyazmalar başqa bir ünvanla yerləşdirilib. Bu, çox təmkinli, yaxşı araşdırma, dərin peşəkar bilik tələb edən bir layihədir. Əminəm ki, bu layihə uğurla həyata keçiriləcək. Layihə çərçivəsində hazırlanan kataloq İranda fars, Bakıda Azərbaycan, Londonda ingilis dilində nəşr ediləcək”.
Xəbər lenti
Hamısına baxDünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57

