Mətbuat Şurası əməkdar jurnalist Ramiz Əskərin vəfatı ilə bağlı nekroloq yayıb
22.05.2024 [16:06]
Azərbaycan Mətbuat Şurasının İdarə Heyəti əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskərin vəfatı ilə əlaqədar nekroloq yayıb.
Nekroloqda deyilir:
"Azərbaycan jurnalistikasına, elm ictimaiyyətinə, bütövlükdə ziyalı mühitinə ağır itki üz verib. Respublikamızın əməkdar jurnalisti, yazıçı, publisist və alim Ramiz Əskər dünyasını dəyişib. Mərhumun ailə üzvlərinə, doğmalarına və əzizlərinə dərin hüznlə başsağlığı veririk.
1954-cü ildə Gümrünün Amasiya rayonuna bağlı Qaraçanta kəndində (Ermənistan ərazisi) doğulmuş R.Əskər 1972-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub. 1975-ci ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin jurnalistika fakültəsinə keçib və 1978-ci ildə həmin ali təhsil ocağını bitirib.
1978-1983-cü illərdə “Azərbaycanın Səsi” radiosunda işləyib. 1983-1984-cü illərdə Azərbaycan, türk, ərəb, fars, ingilis, fransız və alman dillərində çıxan “Azərbaycan bugün” jurnalının baş redaktoru olub.1984-1991-ci illərdə latın, kiril və ərəb əlifbaları ilə işıq üzü görmüş “Odlar yurdu” qəzetinin baş redaktoru vəzifəsini tutub. 1991-1993-cü illərdə Türkiyənin “Hürriyet” qəzetinin və Uluslararası Haber Ajansının (UHA) Azərbaycan üzrə müxbiri olub. 1993-1997-ci illərdə “Yeni Forum” jurnalının (Ankara) təmsilçisi kimi fəaliyyət göstərib. 1993-1994-cü illərdə Xarici Turizm Şurasının idarə rəisi işləyib. 1994-1996-cı illərdə “XXI əsr” qəzetinin baş redaktoru, 1992-1997-ci illərdə Azərbaycan Jurnalistlər Birliyinin katibi kimi çalışıb.
R.Əskər, həmçinin, 2003-2006-cı illərdə Bakı Dövlət Universitetindəki Türkologiya kafedrasında işləyib, azərbaycanca və rusca Türk mədəniyyət tarixi, Türkologiyanın əsasları, “Divanü lüğat-it-türk”, “Kitabi-Dədə Qorqud”, “Qutadğu Bilig”, “Manas” dərsləri deyib. 2007-2012-ci illərdə filologiya fakültəsində bədii tərcümə elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2012-ci ildə türk xalqları ədəbiyyatı kafedrasının, 2016-cı ildə isə türkologiya kafedrasının müdiri seçilib. 2023-cü ildən Türkoloji Araşdırmalar Mərkəzinin rəhbəri olub. 80-ə yaxın beynəlxalq simproziumun və konfransın iştirakçısı olmuş R.Əskər Azərbaycanda və dünyanın müxtəlif ölkələrində çapdan çıxmış 94 kitabın, xeyli sayda tərcümənin müəllifi kimi də tanınb. O, 2010-cu ildə Əməkdar jurnalist fəxri adına, 2014-cü ildə “Şöhrət” ordeninə, 2024-cü ildə II dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. Ramiz Əskər 2022-ci ildə Özbəkistanın “Dostluq” ordeni ilə də təltif edilmişdi.
Zəngin, ölkəmiz, bütövlükdə türk dünyası üçün faydalı ömür yaşamış, çoxşaxəli yaradıcılıq diapazonu ilə seçilmiş Ramiz Əskərin yoxluğu son dərəcə üzücüdür. Uca Tanrıdan məhrumun doğmalarına, əzizlərinə, onu tanıyan, bənzərsiz və təkrarsız əməyinə yüksək dəyər verən hər kəsə səbr diləyir, kədərlərini bölüşürük.
Allah rəhmət eləsin!"
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

