“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində jurnalistlər arasında müsabiqə elan edilib
29.05.2024 [17:13]
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində, COP29-un keçirilməsi ərəfəsində Mətbuat Şurası və “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti (QSC) birlikdə jurnalistlər (qəzet, jurnal, informasiya agentliyi, internet informasiya resursu, TV və radio təmsilçiləri) arasında araşdırma müsabiqəsi elan edib.
Mətbuat Şurasından bildirilib ki, müsabiqə üzrə dörd istiqamət nəzərdə tutulur. Bunlar “Azərbaycan nəqliyyat sektorunda ESC prinsipləri - ətraf mühitin qorunması, sosial məsuliyyət və şəffaf idarəetməyə keçid”, “Ekoloji təmiz dəmir yolu nəqliyyatı: Azərbaycan dəmir yollarının inkişaf trendləri”, “İşğaldan azad olunmuş ərazilərdə yaşıl enerjiyə keçid - qabaqcıl dünya təcrübələrinin Azərbaycanda səmərəli tətbiqi” və “COP 29 və öncəsi: dayanıqlı inkişaf modelini seçən Azərbaycanda iqlim təşəbbüsləri”dir.
Müsabiqəyə hazırlıq çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC jurnalistlərin müsabiqənin müvafiq mövzuları üzrə bilik və bacarıqlarının artırılması istiqamətində maarifləndici sessiya keçirəcək, sahəvi mentor və qrupların iştirakı ilə davamlı görüşlər təşkil edəcək.
4 istiqamət üzrə qaliblərin hər biri 4 yer olmaqla I yer üzrə 1000 manat, II yer üzrə 700 manat, III üzrə isə 500 manat vəsaitlə mükafatlandırılacaq. 10 iştirakçıya həvəsləndirici mükafatlar təqdim olunacaq. Qaliblərin adları iyul ayının 15-dək açıqlanacaq.
Müsabiqəyə bu il iyunun 1-dən iyulun 1-dək qəzet, jurnal və informasiya agentliklərində, xəbər saytlarında yayımlanacaq analitik yazılar, müsahibələr, həmçinin, telekanallarda efirə verilmiş video-materiallar, video-çarxlar buraxılacaq.
Müsabiqə üçün dil və janr məhdudiyyəti nəzərdə tutulmur.
Yazılar 9-11 min işarədən (1 A3 formatlı qəzet vərəqindən) çox olmamalıdır.
Telekanal və radio materialları üçün həcm məhdudiyyəti yoxdur.
Yazılarda, telekanal və radio materiallarında “Azərbaycan Dəmir Yolları” QSC və Azərbaycan Mətbuat Şurasının ilə kütləvi informasiya vasitələrinin təmsilçiləri arasında keçirdiyi iqlim təşəbbüsləri müsabiqəsinə təqdim olunur” qeydi olmalıdır.
Müsabiqə şərtlərinə görə, yazı və ya multimedia materialının müəllifi konkret kütləvi informasiya vasitəsində çalışmalıdır. Müsabiqə üçün təqdim ediləcək material müəllifin çalışdığı KİV-də yayımlanmalıdır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

