Mirzoyanın bu sözləri Azərbaycanla qardaş Türkiyənin arasına uğursuz nifaq salmaq cəhdidir...
07.06.2024 [21:31]
İki gün əvvəl Ermənistanın XİN Ararat Mirzoyan özünün 2023- cü ildəki " cahanşümül diplomatik fəaliyyəti barədə "hesabatında deyib ki, biz Türkiyə ilə "sağlam dialoq aparırıq və bir sıra məsələlərdə qarşılıqlı anlaşmamız var". Azərbaycana gəldikdə isə Mirzoyan "Azərbaycanla qarşılıqlı konstitusiya dəyişikliyi məsələsində anlaşılmazlıq yaşayırıq " deyib.
Bu fikirləri “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev özünün Facebook səhifəsində yazıb. yeniazerbaycan.com paylaşımı təqdim edir:
“Bicliklə deyilmiş bu fikirlərin arxasında duran həssas diplomatik məqam Ermənistanın guya Azərbaycanla və Türkiyə ilə ayrı- ayrı müstəvilərdə normallaşma prosesi aparmağa nail olduğunu ifadə etməsidir . Guya erməni diplomatiyası bu iki qardaş ölkənin biri ilə sağlam və anlaşıqlı dialoq aparır, digəri ilə,yəni Azərbaycanla isə hələlik anlaşıqlı dialoqa nail ola bilmirlər...
Biz bilirik ki, Azərbaycansız Türkiyənin, Türkiyəsiz isə Azərbaycanın Ermənistanla heç bir separat və fərqli dialoqu yoxdur və ola bilməz. Bunu hər iki ölkənin liderləri ən yüksək səviyyədə dəfələrlə bəyan ediblər. Mövqelər bu günə qədər də dəyişməz qalmaqdadır. Ermənistanın istəyidir və dəfələrlə açıq deyiblər ki, Azərbaycan- Ermənistan və Ermənistan - Türkiyə normallaşma danışıqları bir- birindən ayrı aparılmalıdır. Hər dəfə də erməni diplomatiyasının bu səyləri iki qardaş ölkənin vahid mövqeyi ilə iflasa uğradılıb. Elə bu dəfə də prezident İlham Əliyev bu həssas məqamı tutaraq ona gərəkli tərzdə cavab verdi. Prezident Türk parlamentləri qrupunu qəbul edərkən " Ermənistan konstitusiyanı dəyişməsə ,sülh sazişi imzalamaq olmaz " dedi… Həqiqətən də ölkənin ali qanunu Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına əsas verən maddələrdən təmizlənməsə, sülh mümkün ola bilməz. Eyni zamanda Azərbaycan konstitusiya dəyişikliyi məsələsində tərəflərin vəziyyətini eyniləşdirməyin yolverilməz olduğunu da qətiyyətlə ortaya qoydu. Başqa sözlə , "Azərbaycan Ermənistandan konstitusiya dəyişikliyini tələb edir, buna ciddi əsaslar var, Ermənistan isə bu tələblə heç bir halda çıxış edə bilməz" deyildi .
Qayıdaq Mirzoyanın iki qardaş ölkənin arasına etimadsızlıq toxumları səpmək cəhdinə.Mirzoyan Azərbaycanla və Ermənistanla normallaşma prosesinin guya fərqli nəticələrlə getdiyini söyləməklə məhz bu məqsədi güdüb. Lakin nəticə uğursuz oldu.
Azərbaycanın cavab zərbələri dəqiq oldu.
Yəqin ki, Mirzoyanın təxribatçı fikirlərinə qardaş Türkiyənin də reaksiyası olacaq.”
Xəbər lenti
Hamısına baxDünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37

