Azərbaycanın xarici işlər naziri Ukrayna Bərpa Konfransında iştirak edib
11.06.2024 [20:40]
İyunun 11-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Almaniya Federativ Respublikasına işgüzar səfəri çərçivəsində Ukrayna Bərpa Konfransında iştirak və çıxış edib.
XİN-dən AZƏRTAC-a bildirilib ki, çıxışda Ukrayna ətrafında vəziyyətlə əlaqədar Azərbaycan tərəfindən göstərilən humanitar yardımlar, reabilitasiya proqramları və yenidənqurma işləri barədə ətraflı məlumat verilib, ölkəmizin bundan sonra da öz müvafiq dəstəyini əsirgəməyəcəyi vurğulanıb.
Azərbaycanın hər zaman Ukraynanın suverenliyi və ərazi bütövlüyünü dəstəklədiyini diqqətə çatdıran nazir Ceyhun Bayramov ölkəmizin Ukrayna ətrafında yaranmış vəziyyətin ilk günlərindən etibarən hərbi əməliyyatların ən qısa zamanda dayandırılmasını, habelə münaqişənin beynəlxalq hüquq normalarına əsaslanan diplomatik həll yolunun tapılmasını dəstəklədiyini qeyd edib.
Münaqişənin ciddi humanitar nəticələrinin dərin təəssüf doğurduğunu bildirən nazir Ceyhun Bayramov Azərbaycanın Ukraynaya humanitar dəstək göstərən ilk ölkələrdən biri olduğunu, bu günədək dərman, qida, elektrik generatorları və s. daxil olmaqla, ümumilikdə 40 milyon ABŞ dolları dəyərində yardım edildiyini diqqətə çatdırıb.
Bununla yanaşı, ölkəmiz tərəfindən Ukraynadakı münaqişədən əziyyət çəkən uşaqlar üçün tibbi və sosial-psixoloji reabilitasiya proqramının həyata keçirildiyi, bu günədək ümumilikdə 154 uşağın bu proqramda iştirak etdiyi bildirilib.
Azərbaycanın Ukraynada infrastrukturun bərpası istiqamətində layihələrə dəstək göstərdiyi, bu xüsusda İrpen şəhərindəki məktəb binasının yenidənqurma işlərinin artıq yekunlaşdığı diqqətə çatdırılıb.
İşğaldan azad olunmuş ərazilərində mina təhdidi ilə mübarizə aparan bir ölkə kimi Azərbaycanın minalardan zərər çəkmiş ölkələrlə həmrəyliyin gücləndirilməsini ardıcıl olaraq dəstəklədiyi, Ukraynaya minatəmizləmə sahəsində yardım edildiyi bildirilib.
Xəbər lenti
Hamısına baxDünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45

