/ / Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” mövzusu müzakirə olunub
Yüksək Səviyyəli 29-cu Toplantı çərçivəsində “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” mövzusu müzakirə olunub
19.06.2024 [17:00]
İyunun 19-da COP29-a hazırlıq çərçivəsində Bakıda keçirilən Yüksək Səviyyəli 29-cu Toplantı işini panel iclaslarla davam etdirib. Toplantının ilk günündə aparılan müzakirələrdən biri də “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” mövzusunda olub.
AZƏRTAC xəbər verir ki, panel iclasa "Liberal International" təşkilatının prezidenti, Mərakeşin İqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi, COP21-in vitse-prezidenti Hakima El Haite moderatorluq edib.
COP29-un Təşkilat Komitəsi Katibliyinin rəisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Bakıda keçiriləcək konfransın iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərəcəyini deyib. O qeyd edib ki, COP29-un əsas mövzusu maliyyə məsələləridir. “Maliyyələşdirmə olmadan iqlim dəyişikliyinin mənfi nəticələrini aradan qaldırmaq mümkün deyil. Bu altı ay ərzində bizim COP29 komandamız müxtəlif danışıqlar qruplarına daxil olan ölkələrlə məsləhətləşmələr apararaq onların fikirlərini dinləmək, prioritetlərini, mövqelərini anlamaq üçün dünyanın müxtəlif yerlərinə səfərlər edib və bu səfərlər çox uğurlu olub”, - deyə Prezident Administrasiyasının rəsmisi bildirib.
BMT-nin Məskunlaşma Proqramının sabiq icraçı direktoru Maimuna Mohd Şərif iqlim dəyişikliyinin qarşısının alınması üçün investisiya qoyuluşlarının zəruri olduğunu vurğulayıb. Azərbaycanda keçiriləcək COP29-un əhəmiyyətini qeyd edən M.Şərif deyib: “Daha yaxşı qlobal dəyişiklik üçün biz suallarımıza bu platformada cavab tapa bilirik. Xüsusilə təkrar emalda istifadə etdiyimiz bütün əşyaların iqlim dəyişikliyinə təsiri var. Daha xoşbəxt nəsil üçün təkliflərimiz çoxdur. Bunun üçün sülh mühitinə ehtiyacımız var”, - deyə o vurğulayıb.
Çexiyanın sabiq Baş naziri Yan Fişer iqlim dəyişikliyi ilə mübarizədə Azərbaycanın önəmli işlər gördüyünü vurğulayıb. İqlim dəyişikliyi ilə mübarizədə siyasətçilərlə bərabər, elm adamları, tədqiqatçılar, beynəlxalq təşkilatları təmsil edən QHT-lərin rolunu qeyd edən Y.Fişer Azərbaycanda COP29-a yüksək səviyyədə hazırlıq görüldüyünü bildirib. Emissiyaların azaldılmasının vacibliyini vurğulayan qonaq deyib: “Biz bütün elmi araşdırmalarda görürük ki, emissiyaları azaltmaq üçün şirkətlər rəqabətədavamlı iqtisadi yollar axtarır, araşdırmalar aparırlar". Yan Fişer su problemlərinin həll olunmasında özəl və dövlət sektorlarının bir-biri ilə əlaqəli şəkildə əməkdaşlıq etməsinin müsbət nəticə verəcəyindən əminliyini ifadə edib.
COP29-un ilin ən vacib tədbirlərindən olduğunu vurğulayan Xorvatiyanın sabiq Prezidenti İvo Yosipoviç Bakda keçirilən toplantıdan gözləntilərinin çox olduğunu bildirib. “Biz bu tədbir çərçivəsində gələcəyimizi müəyyən edir, planetin üzləşdiyi problemləri müzakirə edirik”, - deyə o diqqətə çatdırıb.
Panel iclas sual-cavab sessiyası ilə başa çatıb.
Qeyd edək ki, 8 paneldən ibarət və 100-dək qonağın iştirak etdiyi tədbirin ilk günündə “Çağırışın statusunun icmalı”, “Balanslaşdırma, azaltma, uyğunlaşma və davamlılıq” və “İqlim dəyişikliyi və onun su, biomüxtəliflik və ərzaq təhlükəsizliyi ilə əlaqələri” mövzusunda panel müzakirələr aparılır.
Tədbir iştirakçıları, həmçinin “Elm, texnologiya və innovasiyanın rolu”, “Ərzaq və kənd təsərrüfatı sektorunun xüsusi vəziyyəti”, “İqlim dəyişikliyinə və Davamlı İnkişaf Məqsədlərinə cavabımızın maliyyələşdirilməsi”, “Eyni planet, eyni sağlamlıq: davamlı gələcək üçün birləşmək” və “Azərbaycanın öz təcrübəsindən dərslər” mövzularında panellərdə fikirlərini bölüşəcək, təkliflərini səsləndirəcəklər.
Panel müzakirələrdən biri Zəngilan rayonunda təşkil olunacaq.
Tədbir işini iyunun 21-də yekunlaşdıracaq.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19

