Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Lənkəranda zəncirvari qəza: 3 maşın toqquşdu

Lənkəranda zəncirvari qəza: 3 maşın toqquşdu

22.07.2024 [14:19]

Lənkəranda yol-nəqliyyat hadisəsi baş verib, 3 maşın toqquşub.

Hadisə Lənkəran-Boradigah-Masallı yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək yük avtomobili ilə toqquşub. Yük avtomobili isə aşaraq digər “Mercedes” avtomobilinə çırpılıb. Qəza nəticəsində həmin istiqamətdə yolda nəqliyyatın hərəkətində çətinliklər yaranıb.

Hazırda yolun tam açılması istiqamətində işlər aparılır. Qəzada xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
Baxılıb: 535 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Aprel 08:33  

YAP xəbərləri

Gündəm

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30