Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Laçında heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

Laçında heyvan otaran şəxs minaya düşüb, araşdırma aparılır

03.08.2024 [17:12]

İşğaldan azad edilmiş Laçın rayonunun Kalafalıq kəndi ərazisində avqustun 3-də mina hadisəsi baş verib. AZƏRTAC xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Minatəmizləmə Agentliyinin (ANAMA) mətbuat xidmətləri məlumat yayıb. Bildirilib ki, Laçın rayonunun Vağazin kənd sakini 1960-cı il təvəllüdlü Süleymanov Əli Zeynalabdin oğlu həmin rayonun Kalafalıq kəndi ərazisində Sarıbaba adlı yüksəkliyin otlaq sahəsində heyvan otararkən minalardan təmizlənməmiş ərazidə piyada əleyhinə minaya düşüb.

Hadisə nəticəsində Əli Süleymanov sol ayağından xəsarət alıb.

Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa və bələd olmadıqları ərazilərə daxil olmamağa çağırır!

Paylaş:
Baxılıb: 170 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

YAP xəbərləri

YAP xəbərləri

İqtisadiyyat

Siyasət

Fransaya cavab!

11 Sentyabr 11:45

İqtisadiyyat

Hərbi

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30