“Azərbaycandakı seçkilər regionda sabitliyi və demokratiyanı gücləndirir”
16.08.2024 [11:04]
“Azərbaycanda keçiriləcək parlament seçkilərini tarixi hadisə hesab etmək olar. Çünki bu, Azərbaycanın bütün ərazisində keçiriləcək ilk parlament seçkiləridir və özündə həm də böyük simvolik əhəmiyyət daşıyır. Bu seçkilər ölkənin tarixində mühüm dönüş nöqtələrindən biridir”.
Bunu “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında Küveyt və Ərəb Elektron Media Birliklərinin İdarə Heyətinin sədri Feysəl Xəlifə Əl-Səvvağ deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə seçkilərin təşkili Azərbaycanın suverenliyini möhkəmləndirən, milli birliyini gücləndirən mühüm addımdır: “İllərlə davam edən münaqişədən sonra evlərinə qayıdan vətəndaşlar indi seçmək və seçilmək də daxil olmaqla bütün hüquqlarından öz doğma torpaqlarında istifadə edə bilirlər. Bu, təkcə demokratiyanın qələbəsi deyil, həm də bu ərazilərə normal həyatın qayıtmasının təsdiqidir”.
Feysəl Xəlifə Əl-Səvvağ bu seçkilərin Azərbaycanın dost ölkələri üçün də əhəmiyyətli olduğunu vurğulayıb.
“Azərbaycanda keçiriləcək parlament seçkiləri regionda siyasi sabitliyə inamı gücləndirir. Azərbaycanın ədalətli və əhatəli seçkilərin keçirilməsində əldə etdiyi uğurlar digər ölkələri də onunla iqtisadi və siyasi əlaqələrini gücləndirməyə sövq edir. Bundan əlavə, dost ölkələr bu addımı Cənubi Qafqazda təhlükəsizlik və sabitliyin gücləndirilməsinin, regionda demokratiyanın tərəqqisinin müsbət əlaməti hesab edirlər. Bu seçkiləri beynəlxalq və regional əməkdaşlığı gücləndirmək üçün bir fürsət kimi də qiymətləndirmək olar. Çünki Azərbaycanda seçki prosesinin uğuru beynəlxalq aləmdə onun şəffaflıq və dürüstlük əsasında demokratik tədbirlər təşkil etməyə qadir olan sabit ölkə imicini artırır. Bu amil xarici sərmayələrin və iqtisadi tərəfdaşlığın artmasına səbəb ola bilər, çünki investorlar və ticarət tərəfdaşları qərarların qəbulunda siyasi sabitliyə mühüm amil kimi baxırlar” – küveytli mütəxəssis bildirib.
Feysəl Xəlifə Əl-Səvvağ əlavə edib ki, seçki prosesi geosiyasi müstəvidə milli suverenliyin möhkəmləndirilməsinin və siyasi müstəqilliyin gücləndirilməsinin göstəricisidir: “Azərbaycana dost ölkələr bu seçkilərin uğurunu regionda sabitliyin və sülhün təşviqinə yönəlmiş siyasətlərinə dəstək kimi qiymətləndirə bilərlər. Seçkilər həm də regionun digər ölkələr üçün də demokratiya və qanunun aliliyinin möhkəmləndirilməsi üçün stimulverici nümunə ola, ümumilikdə regionun inkişafına töhfə verə bilər. Bu baxımdan, Azərbaycanda keçirilən parlament seçkiləri təkcə ümummilli bir hadisə deyil, daha çox regional və beynəlxalq miqyaslı bir hadisədir. Aydındır ki, Azərbaycan sabitlik, inkişaf və demokratiya yolu ilə irəliləyir və bu, təkcə Azərbaycan xalqının deyil, həm də dost dövlətlərin və beynəlxalq tərəfdaşların xeyrinədir”.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

