Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Bu seçkilər nəticəsində dövrün çağırışlarına adekvat cavab verən müasir parlament formalaşdırılacaq”

“Bu seçkilər nəticəsində dövrün çağırışlarına adekvat cavab verən müasir parlament formalaşdırılacaq”

20.08.2024 [13:33]

“Sentyabrın 1-nə təyin edilmiş seçkilər nəticəsində formalaşacaq Milli Məclisin yeni tərkibi Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına, təbliğinə töhfə verən qanunların qəbul edilməsini sürətləndirəcək. Çünki, parlamentin yeni tərkibi işğaldan azad edilmiş ərazilərdə güclü bərpa-quruculuq işlərinin aparıldığı bir dövrdə fəaliyyətə başlayacaq. Azad edilmiş ərazilərin iqtisadi inkişafını, mədəni quruculuğunu ehtiva edən qanunların qəbul edilməsi parlamentin yeni heyətinin əsas prioritetlərindən olmalıdır. Bu kontekstdə yanaşsaq, yeni parlament bütövləşmiş Azərbaycanın milli mədəni irsinin inkişafında və dünyaya təqdim edilməsində əhəmiyyətli rol alacaq”

 Bunu Azərbaycan Dillər Universitetinin professoru Sevinc Zeynalova “Seçki 2024” Müstəqil Media Mərkəzinə açıqlamasında deyib.

Onun sözlərinə görə, təhsilin və elmin inkişafı  kontekstində bu seçkilərin əhəmiyyəti xüsusilə böyükdür. “Təhsil və elm müəssisələrinin modernləşməsinə yönəlmiş qanunvericilik bazasının yenilənməsinə zərurət var. Milli şüurun və kimliyin formalaşmasında mədəniyyət və dil əsas rol oynayır. Növbədənkənar seçkilər Azərbaycanın zəngin mədəni irsinin qorunub saxlanmasına və təbliğinə töhfə verə biləcək mədəniyyət siyasətini gücləndirmək imkanı verir.

 Milli Məclisə növbədənkənar seçkilər daha güclü, vahid, regionda lider mövqe tutan Azərbaycan dövlətinin inkişafında mühüm addımdır”, - deyə Sevinc Zeynalova fikrini yekunlaşdırıb.

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Siyasət

Sosial

İqtisadiyyat

İqtisadiyyat

Mədəniyyət

Dünya

Hadisə

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30