Ermənistan silahlı birləşmələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından 4 il ötür
11.10.2024 [10:00]
Dörd il əvvəl işğalçı Ermənistanın silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-u saat 12:00-dan etibarən elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq mülki əhalinin sıx yaşadığı məntəqələrə zərbələr endirib.
AZƏRTAC xatırladır ki, 2020-ci il oktyabrın 11-də Ermənistan silahlı qüvvələri cəbhə zonasından kənarda yerləşən Azərbaycanın ikinci böyük şəhəri Gəncəni atəşə tutublar. Gecə saatlarında raket atəşi nəticəsində şəhərin mərkəzi Ələkbər bəy Rəfibəyli küçəsindəki çoxmənzilli yaşayış binasında 5-i qadın olmaqla, 10 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla, 34 nəfər yaralanıb. Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin, hüquq-mühafizə orqanlarının əməkdaşları, eləcə də Təcili Tibbi Yardım Briqadası cəlb olunub. Dağıntılar altından xəsarət almış 17 nəfər və 9 cəsəd çıxarılıb.
Ermənistanın hərbi-siyasi rəhbərliyinin əmri ilə Gəncənin raket atəşinə tutulması ilə əlaqədar Azərbaycan Respublikasının Baş prokuroru Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb.
Ümumiyyətlə, oktyabrın 10-da və 11-də müxtəlif saatlarda Gəncə və Mingəçevir şəhərləri, Goranboy, Tərtər, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri işğalçı ordu tərəfindən atəşə tutulub. Nəticədə dinc sakinlər həlak olub və yaralanıb, mülki infrastruktura ciddi ziyan dəyib.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi humanitar atəşkəs rejiminə əməl etməyən Ermənistan silahlı qüvvələrinin döyüş əməliyyatları aparılan ərazidən xeyli məsafədə yerləşən şəhər və kəndlərimizi raket və artilleriya atəşinə tutmaqda davam etməsi barədə bəyanat yayıb.
Həmin gün düşmən gecə saat 4 radələrində Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İstilik Elektrik Stansiyasını da hədəf alıb. Cəbhə zonasından 100 kilometr uzaqda yerləşən Mingəçevirə atılan raketlər Ordumuzun Hava Hücumundan müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
Xəbər lenti
Hamısına baxSiyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34

