İtaliya qəzeti 20 Yanvar faciəsindən yazıb
20.01.2025 [08:51]
İtaliyanın katolik icmasına məxsus “Faro di Roma” qəzetində 20 Yanvar faciəsi ilə əlaqədar məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, yazıda 35-ci il əvvəl baş vermiş Yanvar hadisələrinin müasir Azərbaycanın müstəqilliyinə gedən yolda xüsusi əhəmiyyət kəsb etdiyi bildirilir. Qeyd olunur ki, Sovet İttifaqı rəhbərliyinin ayrı-seçkilik siyasəti və ölkəmizin Qarabağ bölgəsində yaşayan yüz minlərlə azərbaycanlının evlərini tərk etmək məcburiyyətində qalması Azərbaycan xalqının başlatdığı kütləvi etiraz aksiyalarının və milli azadlıq hərəkatının əsasını təşkil edib. Keçmiş SSRİ rəhbəri Mixail Qorbaçovun bilavasitə əmri ilə sovet ordusunun xüsusi təyinatlı dəstələri və daxili qoşunlarının böyük kontingenti 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya və Azərbaycanın bir sıra rayonlarına yeridilib. Sovet hərbi hissələri 147 dinc sakini qətlə yetirib, 744 günahsız insan yaralanıb, bu qətliam Azərbaycan tarixinə “Qara Yanvar” kimi düşüb.
Vurğulanır ki, dinc əhaliyə qarşı törədilən bu kütləvi qırğınlar BMT-nin Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt və digər beynəlxalq hüquqi sənədlərin, konvensiyaların tələblərinin pozulması faktıdır. Bu faciədən dərhal sonra - yanvarın 21-də həyatını təhlükə qarşısında qoyan Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev ölkəmizin Moskvadakı daimi nümayəndəliyinə gələrək qanlı faciənin təşkilatçılarını cəsarətlə ittiham edərək xalqa bağlılığını əməli şəkildə göstərib. 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclis tərəfindən xüsusi qərarın qəbul edilməsi ilə xalqımızın məruz qaldığı dəhşətli faciəyə rəsmi olaraq siyasi-hüquqi qiymətin verilib.
Diqqətə çatdırılır ki, 20 Yanvar hadisələri Azərbaycanın müstəqilliyinə gedən yolun başlanğıcı hesab olunur. 2020-ci ildəki Vətən müharibəsi və 2023-cü ildə antiterror əməliyyatından sonra öz suverenliyini bərpa edən Azərbaycanda sülhün bərqərar olması üçün canlarından keçmiş şəhidlərin xatirəsi daim anılır.
Xəbər lenti
Hamısına baxDünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19

