Ərəb mediası Xocalı soyqırımından yazır
26.02.2025 [13:48]
“Əl-Aləm əl-arabi”, “Tariq əl-hərir” və “wwnewss” xəbər saytlarında Azərbaycan və Türkiyə üzrə misirli tədqiqatçı Əsma Əhməd Bihairinin “Xocalı qətliamı: Bəşəriyyətə qarşı unudulmayacaq cinayət” sərlövhəli məqaləsi dərc edilib.
AZƏRTAC xəbər verir ki, məqalədə Xocalı faciəsinin baş vermə səbəblərinə diqqət yetirilir, onun adi faciə deyil, həm də müharibənin və etnik təmizləmənin vəhşiliyini göstərən insanlıq əleyhinə cinayət olduğu vurğulanır.
Müəllif qeyd edir ki, Xocalıda baş verən soyqırımı təkcə şəhər sakinlərinə deyil, bütün Azərbaycan xalqına qarşı yönəlmişdi, insanlıq tarixində ən dəhşətli zorakılıq və vəhşilik nümunələrindən biri idi. Bu, bütün bəşəriyyətə qarşı törədilmiş soyqırımı cinayəti idi.
Bildirilir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini kobudcasına pozaraq keçmiş sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum edib və dinc əhaliyə misli görünməmiş qəddarlıqla divan tutub. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq, 70 qoca olmaqla, 613 şəxs məhz azərbaycanlı olduqlarına görə ağlasığmaz vəhşiliklərlə qətlə yetirilib, 487 dinc sakin ağır yaralanıb, 1275 nəfər isə girov götürülüb.
Qətliamdan 33 il ötür. Azərbaycan xalqı Xocalı qurbanları üçün ədalətin təmin olunmasını tələb edir. Bir çox dövlətlər və bir sıra ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı bu qətliamı soyqırımı kimi tanıyıb.
Bu hüznlü ildönümündə şəhid ailələrinə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verən misirli tədqiqatçı Azərbaycan xalqı ilə tam həmrəyliyini ifadə edib. Vurğulayıb ki, Xocalı qətliamı qurbanlarının xatirəsini anmaqla təkcə keçmişi yada salmırıq, həm də ədalətin təmin olunmasının və insanlığa qarşı bu cinayətlərin bir daha təkrarlanmamasının vacibliyini vurğulamış oluruq.
Xəbər lenti
Hamısına baxDünya
31 May 13:12
Dünya
31 May 12:29
Dünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34

