/ / Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
Avropa Azərbaycan Mərkəzi Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb
08.03.2025 [20:46]
Almaniyada fəaliyyət göstərən Avropa Azərbaycan Mərkəzi ölkəmizdə məhkəmə qarşısına çıxarılan Ruben Vardanyan və digər cinayətkarların azad edilməsi tələbi ilə keçirilməsi planlaşdırılan aksiyaya etiraz olaraq Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb.
AZƏRTAC xəbər verir ki, müraciətdə Ruben Vardanyan və digər cinayətkarların azad olunmasını tələb edən aksiyanın beynəlxalq hüquqa və Azərbaycanın suverenliyinə qarşı olduğu vurğulanıb, Almaniyanın rəsmi qurumlarına və beynəlxalq ictimaiyyətə bu məsələdə ədalətli mövqe tutmaları üçün çağırış edilib.
Müraciətdə məhkəmə qarşısına çıxarılan şəxslərin təkcə Azərbaycanın qanunlarını pozmadıqları, həm də Xocalı soyqırımında və digər ağır cinayətlərdə iştirak etdikləri xüsusilə qeyd olunub. Təkcə Xocalı soyqırımı zamanı 613 günahsız insanın öldürüldüyü, 487 nəfərin yaralandığı, 1275 nəfərin əsir götürüldüyü diqqətə çatdırılıb. Bununla yanaşı, Azərbaycanın mədəni irsinə ciddi ziyan dəydiyi, 700-dən çox tarixi abidənin, 22 muzeyin, 927 kitabxananın dağıdıldığı və talan edildiyi vurğulanıb. Qeyd olunub ki, beynəlxalq sanksiyalar altında olan separatçı və terrorun maliyyələşdiricisi Ruben Vardanyan Ukrayna və beynəlxalq qurumlar tərəfindən terrorçu kimi tanınır.
Eləcə də müraciətdə Xocalı soyqırımı və digər cinayətlərə görə məsuliyyət daşıyan şəxslərin beynəlxalq tribunal qarşısına çıxarılmasının zəruriliyi qeyd olunub. Dünya ictimaiyyətinin ədalətin bərqərar olması üçün addımlar atmasının, terroru və cinayətkarları müdafiə edən bu kimi aksiyalara qarşı mövqe nümayiş etdirməsinin vacibliyi vurğulanıb.
Müraciət Almaniya federal parlamentinə, Berlin şəhər parlamentinə, Berlin şəhər bələdiyyəsinə, Təhlükə Altında Olan Xalqlar Cəmiyyətinə (GfbV) və digər qurumlara göndərilib.
Xəbər lenti
Hamısına baxİdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17

