Brüsseldə multikulturalizmə həsr olunan panel müzakirə təşkil olunub
08.03.2025 [18:14]
Avropa İnkişaf və Araşdırmalar Akademiyası (EDARA), ICESCO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM) və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatçılığı ilə “Dialoqun və qarşılıqlı anlaşmanın təşviqi: Multikulturalizm modelləri müasir multikultural dünyamızda siyasət kimi” mövzusunda panel müzakirəsi təşkil olunub. Panel müzakirəsi “İslam dünyası 2025-ci il Avropada və Belçika Krallığında’’ Brüsseldə keçirilən beynəlxalq dinlərarası konfrans çərçivəsində keçirilib.
EDARA-nın təsisçisi və icraçı direktoru Brahim Laytossun moderatorluğu ilə keçən panel iclasında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı diretoru Rəvan Həsənov Azərbaycan multikuıturualizm modelindən, mənədniyyətlərarası, dinlərarası və millətlərası münasibətlərdə dünya üçün mühüm əhəmiyyət kəsb edən “Bakı Prosesi”ndən danışıb.
O bildirib ki, Azərbaycan tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və etnik azlıqların dinc yanaşı yaşadığı bir məkan olub. Azərbaycanın multikulturalizm siyasəti də bu tarixi ənənəyə əsaslanır. O vurğulayıb ki, bu siyasət təkcə daxili stabillik üçün deyil, həm də qlobal səviyyədə mədəni müxtəlifliyin qorunması və qarşılıqlı hörmətin gücləndirilməsi üçün əhəmiyyətlidir.
Diqqətə çatdırıb ki, 2008-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə irəli sürülən “Bakı Prosesi”nin məqsədi müxtəlif mədəniyyətlər, dinlər və millətlər arasında sülh və qarşılıqlı anlaşmanı təşviq etməkdir. Bu unikal platforma BMT, UNESCO, ICESCO, Avropa Şurası və digər beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir və dünya miqyasında dialoq mühitinin formalaşmasına töhfə verir.
O, BBMM-in multikulturalizm ənənələrinin və mədəniyyətlərarası dialoqun təşviqi istiqamətində gördüyü işlərdən də bəhs edib. Bildirib ki, Mərkəz Azərbaycanın multikulturalizm modelini beynəlxalq səviyyədə nümunə kimi təqdim edən əsas institutlardan biri olaraq, müxtəlif mədəniyyətlər arasında anlaşma və sülhü gücləndirmək üçün mühüm rol oynayır. Mərkəzin həyata keçirdiyi beynəlxalq tədbirlər dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət rəsmilərini, akademikləri və ictimai xadimləri bir araya gətirərək beynəlxalq miqyasda mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafı üçün platforma yaradır. Mərkəz, müxtəlif ölkələr və beynəlxalq təşkilatlarla əməkdaşlıq edərək müasir dünyada multikulturalizmin əhəmiyyətini ön plana çıxarmağa çalışır, mədəni müxtəlifliyin qorunmasına və multikultural dəyərlərin inkişafına töhfə verir.
Xəbər lenti
Hamısına baxDünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33

