Bakıda Beynəlxalq Demokratlar Birliyinin təşkilatçılığı ilə iftar süfrəsi açıldı
13.03.2025 [09:48]
Martın 12-də Bakıda Beynəlxalq Demokratlar Birliyi (UID) Azərbaycan nümayəndəliyinin təşkilatçılığı ilə “Birlik və qardaşlıq” başlıqlı iftar süfrəsi açıb.
Yeniazerbaycan.com-un verdiyi məlumata görə, iftardan əvvəl “Qurani-Kərim”dən ayələr səsləndirilib, dualar edilib və şəhidlərimiz rəhmətlə anılıb.
Beynəlxalq Demokratlar Birliyinin (UID) Azərbaycan üzrə regional rəhbəri Cengiz Aygör hazırda dünyanın 32 ölkəsində 57 şöbə ilə fəaliyyət göstərən qurum haqqında ətraflı məlumat verərək, Beynəlxalq Demokratlar Birliyinin yaranmasını doğuran zərurətləri iştirakçıların diqqətinə çatdıraraq, Birliyin xaricdə yaşayan türk vətəndaşlarının qarşılaşdıqları sosial, siyasi və mədəni problemlərin həlli istiqamətində araşdırmalar apardığını, eləcə də Azərbaycan ilə Türkiyə arasında birliyə və qardaşlığa töhfə verəcək fəaliyyətlər icra etdiyini bildirib.
Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu iftar süfrəsində iştirak edən hər kəsi salamladıqdan sonra , UID-nin Azərbaycanda açılışını xatırladaraq bu qurumun iki ölkənin qardaş xalqlarının ortaq diasporası kimi fəaliyyət göstərməsi gərəkdiyini və Azərbaycan ilə Türkiyə münasibətlərində geniş fəaliyyət aparmalı olduğunu dilə gətirdi.
Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov öz çıxışında Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, o cümlədən M.K.Atatürkün “Azərbaycanın sevinci sevinci, kədəri kədərimizdir” şüarlarını xatırladaraq, 44 günlük müharibə zamanı Türkiyənin qardaşlığını və eləcə də Türkiyədəki zəlzələ zamanı azərbaycanlıların göstərmiş olduqları həssadlığı bir daha vurğuladı.
Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün isə qonaqları müqəddəs Ramazan ayı münasibətilə təbrik edərək, Bakıda təxminən 40 gündür olduğunu və Bakıdakı fəaliyyətindən böyük qurur duyduğunu, iki dövlət arasındakı münasibətlərin sadəcə sözdə deyil, təməldə də möhkəmliyini diqqətə çatdırdı.
TBMM-in deputatı Şamil Ayrım isə Azərbaycanın ərazi bütövlüyü üçün apardığı haqq işində Türkiyə tərəfindən hər zaman dəstək gördüyünü, Vətən müharibəsi zamanı Azərbaycana siyasi və mənəvi dəstək göstərərək qardaşlığını ortaya qoyduğunu,
2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanan “Şuşa Bəyannaməsi” ilə münasibətlərin həm də müttəfiqlik səviyyəsinə qaldırıldığını vurğuladı.
Digər çıxışçılar da iştirakçıları Ramazan münasibəti ilə təbrik edərək, Azərbaycan-Türkiyə qardaşlığının əbədiliyindən danışdılar.
Xatırladaq ki, iftar süfrəsində Milli Məclisin deputatları, Azərbaycan və Türkiyənin ictimai-siyasi xadimləri, qazilər, şəhid ailələri, türkiyəli tələbələr iştirak ediblər.
Aytən RƏHİMLİ,
Yeni Azərbaycan
Xəbər lenti
Hamısına baxDünya
31 May 11:32
Dünya
31 May 10:50
Dünya
31 May 10:18
Dünya
31 May 09:22
Dünya
31 May 08:36
Siyasət
31 May 08:03
Dünya
31 May 07:31
Sosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Siyasət
29 May 16:57
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Siyasət
29 May 12:38
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45

