Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Alban-Udi Xristian icmasının din xadimləri TİKA-nın dəstəyi ilə Türkiyədə təlimdə iştirak edib

Alban-Udi Xristian icmasının din xadimləri TİKA-nın dəstəyi ilə Türkiyədə təlimdə iştirak edib

02.05.2025 [17:55]

Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində Azərbaycanın qədim xalqlarından olan Alban-Udi Xristian icmasının din xadimləri İstanbul və Mardində dini təlimlərə qatılıblar.

TİKA-nın dəstəklədiyi layihə çərçivəsində Qəbələ rayonunun Nic qəsəbəsindəki Çotari kilsəsində fəaliyyət göstərən Alban-Udi din xadimləri İstanbuldakı Süryani və Anadolu pravoslav kilsələrini, Mardindəki Deyrulzafaran monastırını ziyarət edərək, dini maarifləndirmə və ənənəvi mərasimlər haqqında məlumat alıblar.

Layihə ilə bağlı açıqlama verən TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik “Azərbaycanın mədəni zənginliyini və tolerantlığını heç bir ayrı-seçkiliyə yol vermədən qoruyub saxlamaq, ölkəmizlə Azərbaycan arasındakı mədəni-mənəvi əlaqələrə fərqli bir bağ gətirmək üçün bu və buna bənzər layihələri həyata keçiririk” dedi. dedi.

Ötən il TİKA tərəfindən Çotari kilsəsində Alban-Udi xristian icması üçün təhsil mərkəzi yaradılıb.

Paylaş:
Baxılıb: 133 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Sosial

Analitik

Körfəzə səfər...

14 May 09:28  

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31