Qusar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib
07.05.2025 [21:36]
May ayının 7-də Qusar Rayon Ağsaqqallar Şurasının hesabat konfransı keçirilib.
Konfransda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov, Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov, Azərbaycan Ağsaqqallar Şurasının Aparat rəhbəri Ramin Həsənli, baş məsləhətçi-hüquqşünas Kamal Əliyev, rayon ağsaqqalları, ziyalılar, şəhid ailələrinin üzvləri və digər ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Konfransda Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və hesabat dövrü ərzində dünyasını dəyişən ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qusar Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov öz çıxşında Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanovu və tədbir iştirakçılarını salamlayaraq, ağsaqqalların rayonun ictimai-siyasi və mədəni həyatındakı aktiv fəaliyyətindən danışıb. Vurğulayıb ki, rayon ağsaqqalları milli-mənəvi dəyərlərimizin təbliği, o cümlədən gənclərimizin Vətənə, millətə, dövlətə sədaqət ruhunda tərbiyə olunması istiqamətində bir çox işlər həyata keçirirlər. Mütəmadi olaraq əhali ilə, xüsusilə gənclərlə, şəhid ailələrinin üzvləri və qazilərlə görüşlər, tədbirlər keçirərək maarifləndirici ağsaqqallıq vəzifələrini yerinə yetirirlər. Çıxışının sonunda natiq konfransın işinə uğurlar arzulayıb.
Sonra Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov ötən dövr ərzində görülən işlər barədə hesabat məruzəsi ilə çıxış edib. Öz çıxışında Rayon Ağsaqqallar Şurasının fəaliyyətindən ətraflı bəhs edən natiq təşkilatın üzvlərinin iştirakı ilə keçirilən görüşlərdən, tədbirlərdən, gənclərlə maarifləndirici söhbətlərin aparılmasından və digər məsələlərdən söz açıb. Bildirib ki, Qusar rayonunun ağsaqqalları “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı tədbirlərdə və aksiyalarda da fəal iştirak ediblər. Sənan Xəlilov çıxışının sonunda Qusar Rayon Ağsaqqallar Şurasının üzvlərinin gələcəkdə də fəaliyyətlərini aktiv şəkildə həyata keçirəcəklərini bildirib.
Konfransda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin səmimi salamalarını tədbir iştirakçılarına çatdırıb. Qusar rayonunun əhalisinin onun üçün doğma olduğunu qeyd edərək, onlarla növbəti dəfə görüşdən məmnun olduğunu bildirib. 54 saylı Dəvəçi-Siyəzən seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçildiyi 20 illik parlament fəaliyyəti dövründə Qusar rayonunun rəhbərliyi və əhalisi ilə də vaxtaşırı olaraq səmərəli görüşlər keçirdiyini qeyd edib. Vurğulayıb ki, hazırda Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini kimi bu bölgənin kuratoru olaraq ona əziz olan insanlarla, ağsaqqal və ziyalılarla görüşlərini davam etdirir. Sonra natiq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin dinamik inkişafından ətraflı bəhs edib. Bildirib ki, artıq Azərbaycan iqtisadi, siyasi və hərbi cəhətdən yeni güc mərkəzinə, qüdrətli dövlətə çevrilmişdir. Tahir Süleymanov öz çıxışında Qusar Rayon Ağsaqqallar Şurasının gördüyü işləri qənaətbəxş hesab edərək, tövsiyə və təkliflərini də tədbir iştirakçılarının diqqətinə çatdırıb. Vurğulayıb ki, biz ağsaqqllar fəaliyyətimizi daha səmərəli şəkildə qurmalı, cəmiyyətimizdəki problemlərə qarşı təsirli mübarizə aparmalıyıq. O, gənclərimizin zərərli vərdişlərə, əsrimizin bəlası olan narkomaniyaya aludəçiliyindən, xüsusilə də boşanmaların sayının durmadan artmasından təəssüf hissi ilə söz açaraq, cəmiyyətimizdəki bu nöqsanların aradan qaldırılması üçün ağsaqqalların öz zəngin həyat təcrübələrindən, bilik və bacarıqlarından daha çox istifadə etməsinin zəruriliyini önə çəkib. Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Tahir Süleymanov çıxışının sonunda hər kəsə möhkəm cansağlığı və uğurlar arzulayıb.
Konfransda digər natiqlər də çıxış edərək Qusar Rayon Ağsaqqallar Şurasının fəaliyyətindən və qarşıda duran vəzifələrdən söz açıblar. Əmin olduqlarını bildiriblər ki, təşkilat gələcəkdə öz fəaliyyətini daha səmərəli şəkildə quracaqdır.
Xəbər lenti
Hamısına bax
YAP xəbərləri
22 May 23:34

YAP xəbərləri
22 May 23:16

Dünya
22 May 23:07

YAP xəbərləri
22 May 22:43

İdman
22 May 22:35

YAP xəbərləri
22 May 22:14

YAP xəbərləri
22 May 21:52

Dünya
22 May 21:34

YAP xəbərləri
22 May 21:10

İdman
22 May 20:53

YAP xəbərləri
22 May 20:39

Dünya
22 May 20:13

YAP xəbərləri
22 May 19:47

YAP xəbərləri
22 May 19:26

Hadisə
22 May 19:11

YAP xəbərləri
22 May 18:54

YAP xəbərləri
22 May 18:12

YAP xəbərləri
22 May 17:51

Xəbər lenti
22 May 17:37

Xəbər lenti
22 May 17:26
YAP xəbərləri
22 May 17:21

Siyasət
22 May 16:50

Sosial
22 May 16:32

YAP xəbərləri
22 May 16:25
YAP xəbərləri
22 May 16:11

YAP xəbərləri
22 May 16:09

YAP xəbərləri
22 May 16:08

YAP xəbərləri
22 May 16:05

YAP xəbərləri
22 May 16:03
YAP xəbərləri
22 May 16:01

Sosial
22 May 15:49

YAP xəbərləri
22 May 15:34

Mədəniyyət
22 May 15:26

Mədəniyyət
22 May 15:25

Dünya
22 May 15:08

YAP xəbərləri
22 May 15:03

Gündəm
22 May 14:59

Gündəm
22 May 14:58

Gündəm
22 May 14:57

YAP xəbərləri
22 May 14:30

İqtisadiyyat
22 May 14:26

Sosial
22 May 14:24

Hərbi
22 May 13:48

YAP xəbərləri
22 May 13:29

Sosial
22 May 13:02

YAP xəbərləri
22 May 12:59

YAP xəbərləri
22 May 12:31

Din
22 May 12:23

Sosial
22 May 12:22

Dünya
22 May 11:23

Gündəm
22 May 11:17

İqtisadiyyat
22 May 10:47

İdman
22 May 10:40

Sosial
22 May 10:38

İqtisadiyyat
22 May 10:36

İqtisadiyyat
22 May 10:35

Siyasət
22 May 10:31

Analitik
22 May 10:19

İqtisadiyyat
22 May 09:56

Analitik
22 May 09:42

Analitik
22 May 09:25

Dünya
22 May 09:11

Mədəniyyət
22 May 08:50

MEDİA
22 May 08:34

Sosial
22 May 08:16

Sosial
21 May 23:45

İdman
21 May 23:38

Sosial
21 May 23:17

Sosial
21 May 22:52

Dünya
21 May 22:35
