Səfir Türkiyədən gələn jurnalislərlə görüşdü
29.05.2025 [20:22]
Azərbaycanda səfərdə olan türkiyəli jurnalistlər qardaş ölkənin Bakıdakı səfirliyini ziyarət ediblər. Səfər çərçivəsində baş tutan görüşdə Azərbaycan-Türkiyə münasibətlərində medianın rolu, tarixi bağlar və iki ölkə arasındakı strateji əməkdaşlıq müzakirə olunub.
Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Birol Akgün bu cür görüşlərin əhəmiyyətini vurğulayıb. O, media nümayəndələrinin yalnız informasiya daşıyıcısı olmadığını, eyni zamanda cəmiyyətlər arasında körpü rolunu oynadığını bildirib.
Birol Akgün qeyd edib ki, Azərbaycan və Türkiyə münasibətləri sadəcə diplomatik və iqtisadi deyil, həm də dərin mədəni və tarixi köklərə əsaslanır.
“Bu yaxınlıq 1918-ci ildə Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın rəhbərliyi ilə türk əsgərlərinin Bakını azad etməsi ilə daha da möhkəmlənib”.
“Biz bir millət, iki dövlətik. Bu anlayış tariximizdə, coğrafiyamızda, dilimizdə və mədəniyyətimizdə əksini tapıb. Dünən Laçın Beynəlxalq Hava Limanının açılışında Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın birlikdə iştirakı da bu birliyin canlı sübutudur”, – deyə Birol Akgün vurğulayıb.
O əlavə edib ki, regional və qlobal proseslərin dinamik şəkildə dəyişdiyi dövrdə Azərbaycan və Türkiyə kimi dost və müttəfiq ölkələrin birgə mövqeyi daha böyük əhəmiyyət daşıyır. Bu baxımdan medianın rolu həlledicidir.
Görüşdə çıxış edən digər jurnalistlər də media əməkdaşlığının gücləndirilməsinin vacibliyini önə çəkiblər.
Sonda türkiyəli jurnalistlər Azərbaycan-Türkiyə əlaqələrinin inkişafında səfirliyin rolunu yüksək qiymətləndirib, bu cür görüşlərin davamlı şəkildə keçirilməsinin zəruriliyini bildiriblər.
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

