"Bir qucaq qayğı" festivalı keçirilib
03.07.2025 [20:52]
Bakıda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin (SXA) fəaliyyətə başlamasının 5 illiyi münasibətilə “Bir qucaq qayğı” festivalı keçirilib.
Yeniazerbaycan.com xəbər verir ki, tədbir yubiley xarakteri daşımaqla yanaşı, uşaqların isti ailə mühitində böyüməsinin önəmini vurğulamaq məqsədilə təşkil olunub.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Surdotərcüməçi müşayiəti ilə Dövlət Himnimizi ifa edən uşaqlar alqışlarla yola salınıb. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənin azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbirdə çıxış edən əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Hidayət Abdullayev son illər sosial sahədə həyata keçirilən genişmiqyaslı islahatlar haqqında məlumat verib. O, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın həssas əhali qruplarına, xüsusilə də uşaqlara göstərdiyi diqqət və qayğıdan bəhs edib: "Vətəndaşların sosial rifahı, onların sosial müdafiəsinin gücləndirilməsi gündən-günə artır. Bildiyiniz kimi pensiyalar, müavinətlər, əsas sosial proqramların əhatəsi genişlənir ki, bu da sosial sahəyə diqqətin bariz nümunəsidir”.
Milli Məclisin deputatı Mehriban Vəliyeva bildirib ki, 5 il ərzində əldə olunan nəticələr, xüsusilə ailə modelləri və bu istiqamətdə görülən işlər diqqətəlayiqdir: "Sosial müdafiəyə ehtiyacı olan qrupların təhsili, reabilitasiyası ən vacib məsələlərdəndir. Dövlətimiz həmişə onları qayğı ilə əhatə edir".
SXA-nın İdarə Heyətinin sədri Vüqar Behbudov qurumun ötən dövrdə həssas əhali qruplarından olan şəxslərin sosial xidmətlərlə təmin edilməsi istiqamətində gördüyü işləri, həyata keçirdiyi layihələri diqqətə çatdırıb. Bildirilib ki, “Bir qucaq qayğı” festivalının məqsədi dövlət qayğısı ilə əhatə olunmuş uşaqların cəmiyyətə inteqrasiyasını təşviq etmək, onların bacarıq və istedadlarını nümayiş etdirməkdir.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin Bakı filialının müdiri Raqif Zamanov, baş mütəxəssis Dadaşova Aytən,
Sabunçu Sosial Xidmət Mərkəzinin psixoloqu Bağırzadə Ülkər, Sabunçu Sosial Xidmət Mərkəzinin loqopedi Məmmədov Pünhan, Xətai Rayon İcra İctimai Siyasi və Humanitar məsələlər müdiri Pənah İmanov,
eyni zamanda fəxri qonaq qismində Şuşa fatehi, Qarabağ döyüşlərində Şuşanı azad edən xüsusi təyinatlıların komandiri, polkovnik Rəşad Aslanov iştrak edib.
Tədbirdə agentliyin müxtəlif sosial xidmət müəssisələrinin azyaşlı sakinləri və digər benefisiarları çıxış ediblər. Onların ifasında mahnılar və rəqs nümunələri təqdim olunub. Həmçinin bir sıra sənətçilər çıxış ediblər.
Festival çərçivəsində benefisiarların əl işlərindən ibarət sərgi təşkil olunub, interaktiv guşələr, master-klaslar həyata keçirilib. Agentliyin müxtəlif xidmət istiqamətlərinə həsr olunmuş guşələrdə 5 il ərzində görülən işlər, təqdim edilən xidmətlər barədə ətraflı məlumat verilib.
Xəbər lenti
Hamısına baxDünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25

