Yay Fest 2025” gənclərin yüksək enerjisi ilə davam edir
02.08.2025 [22:20]
“Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Yay Fest 2025”in sayca dördüncü düşərgəsi olan və 28 iyul-1 avqust tarixlərində baş tutan “Ədalət və Qanun” düşərgəsi ictimai fəallığı ilə seçilən 250 gənci bir araya gətirib.
Konstitusiya və hüquqi dəyərlərin təbliği, ictimai həmrəyliyin gücləndirilməsi və gənclərin vətəndaş cəmiyyətində fəal iştirakının stimullaşdırılması məqsədi daşıyan düşərgə dinamik və dolğun proqramla yadda qalıb.
Düşərgə müddətində iştirakçılar öz işinin peşəkarları tərəfindən “Ədliyyə sisteminə gənc baxış”, “Mənim karyeram və əmək münasibətləri”, “Hüquqi şüurun formalaşması: Gənclərin hüquq sistemində yeri və rolu”, “Ədalət duyğusu və psixoloji davranış: gənclərin daxili kompası”, “Kibertəhlükəsizlik üzrə mövcud roblemlər” və “Hüquqi müstəvidə könüllülük fəaliyyəti” kimi mövzularda keçirilən sessiyalarda iştirak edərək hüquqi düşüncə və rəqəmsal təhlükəsizlik barədə biliklər mənimsəyiblər. Eyni zamanda, təşkil edilən müxtəlif fəaliyyətlər – yoqa, kreativ master-klasslar, vörkşoplar, intellektual oyun, haykinq yürüşü və airsoft yarışı iştirakçıların həm əyləncəli, həm öyrədici zaman keçirməsinə şərait yaradıb. Axşam saatlarında təşkil edilən karaoke gecəsi, DJ performansları və tonqal ətrafındakı səmimi söhbətlər dostluq və komanda ruhunu daha da möhkəmləndirib. Bununla yanaşı, gənclər “Qarabağ FK – Shelbourne F.C.” futbol oyununu birgə izləyərək komandamıza dəstək nümayiş etdiriblər. Belə ki, 5 gün müddətində təşkil edilən “Ədalət və Qanun” düşərgəsi gənclər arasında hüquqi savadlılığın artırılmasına və cəmiyyətə daha məsuliyyətli vətəndaşların qazandırılmasına doğru atılmış addımlardan biri olub.
Qeyd edək ki, “Yay Fest 2025” Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “IDEA” İctimai Birliyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “CAVAN” Gənclər Hərəkatı və “Gənc Könüllülər” İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilir.
Avqustun 29-dək davam edəcək festival çərçivəsində ümumilikdə 2 mindən çox gəncin iştirakı ilə “Milli-mənəvi dəyərlər”, “Həmrəylik”, “Humanizm”, “Ədalət və Qanun”, “İnkişaf”, “Vətənpərvərlik”, “Müstəqillik tarixi” və “Qalib Diplomatiya” mövzularında mərhələli şəkildə 8 düşərgə keçiriləcək.
Gənclər http://yayfest.az/ veb-səhifəsi vasitəsilə qeydiyyatdan keçərək növbəti düşərgələrdə iştirak etmək üçün seçimlərə qatıla bilərlər. Seçimlər zamanı 18-25 yaş arası ictimai fəallığı ilə seçilən gənclərə üstünlük veriləcək.
Bütün yeniliklərdən, maraqlı və dinamik proqramdan xəbərdar olmaq üçün “Yay Fest”in Instagram (www.instagram.com/yayfest.az/) səhifəsini izləyə bilərsiniz.
Xəbər lenti
Hamısına baxAnalitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20

