/ / Qırğız nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək üçün ölkəmizə səfər edib
Qırğız nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək üçün ölkəmizə səfər edib
08.09.2025 [23:31]
Qırğız Respublikasının ədliyyə nazirinin birinci müavini Zarılbek uulu Almazbekin rəhbərlik etdiyi nümayəndə heyəti ədliyyə sahəsində Azərbaycanın təcrübəsini öyrənmək məqsədilə ölkəmizə səfər edib.
Səfər çərçivəsində qonaqlar Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.
Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nümayəndə heyəti Azərbaycan Respublikasının ədliyyə nazirinin müavini Abiddin Hüseynov ilə görüşüb. Notariat, qeydiyyat və reyestr baş idarəsində keçirilmiş görüşdə “Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Qırğız Respublikasının Ədliyyə Nazirliyi arasında hüquqi sahədə qarşılıqlı fəaliyyət haqqında Saziş” çərçivəsində tərəflər arasında ədliyyə sahəsində əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb. Daha sonra “Elektron notariat” sisteminin və “Mobil notariat” tətbiqinin imkanları, ədliyyə sahəsində rəqəmsal transformasiya və elektron xidmətlər, eləcə də notariatın inkişafı barədə təqdimat və ətraflı məlumatlar təqdim edilib. Həmçinin “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin notariat fəaliyyətində tətbiqi sahəsində Azərbaycanın uğurlu təcrübəsi barədə qonaqlara məlumat verilib.
Nazirliyin Probasiya xidmətində təşkil olunan görüşdə Qırğız Respublikasının nümayəndə heyətinə ölkəmizdə probasiya sahəsində son illərdə aparılan islahatlar, probasiya nəzarətində olan şəxslərə göstərilən sosial-psixoloji xidmətlər barədə ətraflı məlumat verilib, rəqəmsal fəaliyyətin həyata keçirilməsi, elektron nəzarət vasitələrinin tətbiqi ilə bağlı təqdimat edilib. Nümayəndə heyəti Rəqəmsal monitorinq mərkəzinin fəaliyyəti ilə də yaxından tanış olub. Görüşdə, həmçinin Qırğız Respublikası və Azərbaycanın probasiya qanunvericiliyi barədə fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

