Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib
21.11.2025 [21:52]
Noyabrın 21-də Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının növbəti iclası keçirilib.
Auditorlar Palatasından AZƏRTAC-a verilən məlumata görə, əvvəlcə Yeni Azərbaycan Partiyasının fəaliyyətə başlamasının 33 illik yubileyi, həmçinin ölkəmizin müstəqilliyinin qorunmasında və sabitliyinin təmin edilməsində Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri qeyd edilib. Bildirilib ki, vətənpərvər ziyalıların təşəbbüsü ilə yaradılan Yeni Azərbaycan Partiyası qısa müddətdə ümumxalq partiyasına çevrilib və ölkəmizin tərəqqisinə aparan yolun əsas dayaqlarından biri olub. İclas iştirakçılarının yekdil rəylərinə görə partiyanın ideyaları Prezident İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edib, sosial-iqtisadi rifah və ölkəmizin beynəlxalq nüfuzu əhəmiyyətli dərəcədə artıb. YAP-ın yalnız siyasi təşkilat deyil, həm də xalqımızın birləşdirici qüvvəsi və Azərbaycanın sabit gələcəyinə xidmət edən əsas dayağı olduğu vurğulanıb.
İclasda auditor fəaliyyətinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması, beynəlxalq standartların tətbiqi, etik qaydalara dair auditorların öhdəlikləri və məsuliyyətləri kimi bir sıra aktual məsələlər, o cümlədən Auditorlar Palatasının 2026-cı il üzrə iş planının layihəsi, auditorlar tərəfindən etik qaydalara əməl edilməsinə dair monitorinq sisteminin yaradılması məsələləri müzakirə olunub və müvafiq qərarlar qəbul edilib.
Qeyd olunub ki, Auditorlar Palatasının 2026-cı il üzrə iş planının layihəsi auditor fəaliyyətinin milli qanunvericilik və beynəlxalq standartlar çərçivəsində təkmilləşdirilməsi, mövcud təlimatların, metodik vəsait və digər sənədlərin yenilənməsi, Palatanın tam hüquqlu üzv olduğu Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) üzvlük öhdəlikləri, auditdə süni intellekt və data-analitika əsaslı alətlərin tətbiqi üzrə ilkin yanaşmaları, yenilənən standartlara dair auditorlar üçün şərhlərin hazırlanması və müvafiq təlimlərin təşkili, keyfiyyətə nəzarət sisteminin təkmilləşdirilməsi, peşəkar etik tələblərə əməl edilməsinin gücləndirilməsi, auditorların ƏL/TMM üzrə riskəsaslı nəzarət mexanizmlərinə dair bilik və bacarıqlarının artırılması, auditorların davamlı peşəkar inkişafı üzrə tədbirlərin genişləndirilməsi, auditdə haqsız rəqabətə qarşı mübarizə və ümumilikdə institusional idarəetmənin gücləndirilməsi və peşə fəaliyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması kimi strateji prioritetləri özündə ehtiva edir.
Gündəlikdəki digər vacib məsələ – auditorlar tərəfindən etik qaydalara əməl edilməsinə dair hazırlanmış monitorinq sisteminin müzakirəsi zamanı qeyd olunub ki, bu sənəd auditorların Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsində qeyd olunan etik prinsiplərə əməl etmə səviyyəsinin müntəzəm qiymətləndirilməsi, potensial etik davranış pozuntularının vaxtında aşkar olunması, eyni zamanda, risk əsaslı monitorinq, şikayət və bildiriş sistemlərinin formalaşdırılması, auditor peşəsində şəffaflıq, məsuliyyət və etik davranış mədəniyyətinin daha da gücləndirilməsinə töhfə vermək məqsədi daşıyır.
İclasın yekununda nəzərə çatdırılıb ki, müzakirə olunan məsələlər Azərbaycan Respublikasında auditor peşəsinin beynəlxalq tələblərə uyğun inkişafına, etik davranış qaydalarının gücləndirilməsinə və auditə ictimai etimadın daha da möhkəmlənməsinə xidmət edir və Prezident İlham Əliyevin şəffaflıq strategiyasının uğurla həyata keçirilməsində mühüm əhəmiyyətə malikdir.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

