Siyavuş Novruzov: BMT-yə daxil olan bəzi dövlətlər məsələlərə ikili standartlarla yanaşır
03.03.2015 [09:52]
Azərbaycanın BMT-yə üzv qəbul olunmasından 23 il keçir. Bu nüfuzlu təşkilata üzv qəbul olunmaq Azərbaycan üçün nə ilə yadda qalıb? YAP İcra katibinin müavini, Azərbaycan-Amerika parlamentlərarası işçi qrupunun üzvü Siyavuş Novruzov Modern.az-a açıqlamasında Azərbaycanın BMT-yə üzv qəbul olunmasının üstünlüklərindən danışıb: “Dünyada 2 mindən artıq xalq var. Bu xalqların yalnız 200-nün dövləti var. Təxminən 200-ə yaxın dövlət də BMT-nin üzvüdür. Azərbaycanın BMT-nin üzvü olması xalqımızın, dövlətimizin tanınmasıdır, gələcəkdə də Azərbaycan dövlətinin olacağının sübutudur. BMT bütün dövlətlərin ən ali orqanıdır. Orada qəbul edilən Dağlıq Qarabağ və onun ətrafındakı rayonların azad olunması ilə əlaqədar qətnamələrin Ermənistan tərəfindən yerinə yetirilməməsinə baxmayaraq, digər ölkələr bu cür qətnamələri yerinə yetirir. Artıq BMT-nin qəbul etdiyi hüquqi qərar hər bir ölkənin hüquqi bazasıdır. Beynəlxalq müqavilə və sazişlərdə də göstərilir ki, birinci növbədə qoşulduğumuz beynəlxalq müqavilələrə riayət edirik, sonra daxili qanunvericiliyə. O baxımdan da BMT-nin qəbul etdiyi bütün qətnamə və qərarlar hər bir dövlət üçün qeyd-şərtsiz yerinə yetirilməlidir. Ona görə də bu təşkilatın üzvü olmaq vacib şərtlərdən biridir. Ən əsası odur ki, müstəqillik dövründə Azərbaycan 2 il BMT-nin Təhlükəsizlik Şurasına səsvermə yolu ilə sədrlik edib. Bu 23 il ərzində Azərbaycanın apardığı siyasət, beynəlxalq nüfuzu, ölkəmizə olan diqqətdən irəli gəlirdi. Bunun özü də böyük şərtlərdən biridir”.
BMT nüfuzlu təşkilat olsa da, bəzi məsələlərdə, o cümlədən girovların geri qaytarılmasında konkret iş görülməyib. Siyavuş Novruzovun sözlərinə görə, bu cür məsələlər bəzi dövlətlərin ikili standartlarla yanaşmasından irəli gəlir: “BMT-yə daxil olan bəzi dövlətlər məsələlərə ikili standartlarla yanaşır. BMT-nin hüquqi bazasına deyil, sadəcə olaraq o dövlətlərin təzyiqi və siyasəti nəticəsində son dövrlərdə belə bir qərarlar qəbul olunmağa başlayıb. İraq, Əfqanıstan hadisələrini götürə bilərik. BMT-nin və NATO-nun bir çox üzvləri səs vermədən də ayrı-ayrı dövlətlər öz siyasətlərini reallaşdırdı və həyata keçirdi. Bu cür hallar qismən də olsa BMT-nin nüfuzuna ziyan gətirir. Onun icazəsi olmadan, qəbul etdiyi qərarları yerinə yetirməyən, yaxud qəbul edilən qərarlara baxmayaraq, bir dövlət digər dövlətin ərazisini işğal edib. O baxımdan, həmin dövlətlərin yanaşma tərzində dəyişiklik olmalıdır ki, sabah ona qarşı da belə hal ola bilər”.
Xəbər lenti
Hamısına baxDünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10

