Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır

Yeni Azərbaycan Partiyası xalqın partiyasıdır

18.11.2021 [10:27]

Rüstəm Nağıyev

YAP Gədəbəy rayon təşkilatının sədri səlahiyyətlərinin icraçısı

1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının təsis olunması müstəqil Azərbaycanın çağdaş dövlətçilik tarixində yeni mərhələnin başlanğıcını qoydu. Öz müstəqilliyinə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən YAP-ın yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlirdi. YAP-ın qısa müddətdə cəmiyyətdə həlledici çoxluq tərəfindən ölkəni idarə etməyə qadir alternativsiz qüvvə kimi qəbul olunması da məhz Ulu Öndər Heydər Əliyevin fenomenal liderlik və idarəçilik keyfiyyətləri ilə şərtlənirdi. 1993-cü ilin məlum iyun böhranı zamanı xalqımız yekdil və qəti iradə nümayiş etdirərək  Azərbaycanı düçar olduğu fəlakətlərdən qurtarmağa qadir yeganə şəxsiyyətə - Heydər Əliyevə müraciət etdi. Müasir dövlətçiliyimizin memarı Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı sözün əsl mənasında məhv olmaqdan xilas etdi. Xalqın partiyası olan YAP yaranmasından 7 ay sonra iqtidar partiyası oldu.

Ötən 29 ildə Yeni Azərbaycan Partiyasının xalqın partiyası kimi təşəkkül tapmasında, qələbələr partiyası kimi tanınmasında əsas səbəb tutduğu yola sadiqliyi, populizmdən uzaq olması, hər addımında dövlətin maraqlarını üstün tutmasıdır. Azərbaycanın 30 illik müstəqillik tarixinin bələdçisi olan partiya müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin düzgün müəyyənləşdirdiyi siyasətin son 18 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində, əldə olunan uğurlar sayəsində  özünəinamı və etimadı gücləndirir.

Bu gün ölkəmiz özünün sosial-iqtisadi inkişafının yeni yüksəliş dövrünü yaşayır. Ölkə həyatının bütün sahələrində yüksək tərəqqi, sürətli inkişaf nəzərə çarpır. Bu da təsadüfi deyil. Ulu Öndərimizin siyasi varisi Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi islahatlar ölkəmizin iqtisadi yüksəlişində, beynəlxalq müstəvidə siyasi dayaqlarımızın daha da möhkəmlənməsində, ölkədaxili sabitliyin qorunmasında, o cümlədən regionlarımızın inkişafında, ən əsası isə 30 illik erməni işğalına son verilməsində müstəsna rol oynadı. YAP hər zaman görülən işlərdə, aparılan fəaliyyətdə ön sıralarda yer alır. Təsadüfi deyil ki, ağır müharibə günlərində xalqın milli birliyinin formalaşmasında YAP üzərinə mühüm məsuliyyət götürdü və bu birliyin modelinə çevrildi.

YAP Gədəbəy rayon təşkilatının çoxsaylı üzvləri də daim ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşərək, hədəflərin gerçəkləşməsinə öz töhfələrini verməyə çalışırlar. Partiyamızın üzvləri yeni çağırışların həyata keçirilməsində daim ön sıralarda olub. Hazırda rayon təşkilatı 80 ərazi ilk partiya təşkilatında 5816 partiya üzvünü birləşdirir. Partiya üzvlərinin 2098 nəfəri qadın, 2273 nəfəri isə gənclərdir. Partiyanın hər bir üzvü  Ümummilli Lider Heydər Əliyevin ideyalarına sadiqliyini nümayiş etdirərək onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətlənməsi və inkişafı, rayonumuzun rifahı naminə əllərindən gələni əsirgəmir, bundan sonra da bu yolla inamla addımlayacaqlar.

 

 

 

 

Paylaş
Baxılıb: 98 dəfə

Xəbər lenti

Hamısına bax

Hava dəyişəcək

29 Noyabr 15:05

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30