İstanbulda Azərbaycanın azad edilmiş torpaqlarında törədilmiş vandalizm aktlarından danışılıb
06.12.2021 [21:34]
İstanbulda “Daha yaxşı dünya naminə çağırışlar” mövzusunda keçirilən XII Boğaziçi Sammiti çərçivəsində “Türkiyə-Azərbaycan iqtisadi əməkdaşlıqları-iş dünyasının perspektivləri” mövzusunda panel iclası təşkil olunub.
Türkiyədəki Azərbaycanlı İş Adamları Birliyinin (TAİB) rəhbəri Nəslihan Tombulun moderatorluğu ilə baş tutan iclasın fəxri qonağı Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov olub.
Panel iclasında Azərbaycanın 30 ilə yaxın işğal altında qalan və 44 günlük Vətən müharibəsi nəticəsində azad edilən tarixi torpaqlarında ermənilər tərəfindən törədilən vandalizm aktları, ərazilərimizin minalanması kimi məsələlərə toxunulub.
Türkiyə-Azərbaycan münasibətlərindən də bəhs olunan iclasda iki qardaş ölkə arasındakı əlaqələr və əməkdaşlıqlar haqqında məlumat verilib. Bildirilib ki, ölkələrimizin münasibətlərində ən əhəmiyyətli rollardan birini Türkiyədə ən böyük xarici investor olan Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) oynayır. On üç illik qısa zaman ərzində SOCAR Türkiyədə ən böyük şirkətlərdən birinə çevrilib.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, iclasda ölkəmizin İstanbuldakı baş konsulu Nərminə Mustafayeva, ABŞ-ın Azərbaycandakı sabiq səfiri, ATƏT-in Minsk qrupunun keçmiş həmsədri, beynəlxalq ekspert Mətyu Brayzə, “SOCAR Türkiyə”nin Kommunikasiya və dövlət ilə əlaqələr üzrə rəhbəri Mikayıl Yusifov, “Hünər Qrup” Holdinqin İdarə Heyətinin sədri Ehtiram Quliyev iştirak ediblər.
İki gün davam edən Sammitdə Azərbaycan Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən təmsil olunur.
Xəbər lenti
Hamısına baxDünya
15 Sentyabr 17:19
Siyasət
15 Sentyabr 17:09
Siyasət
15 Sentyabr 17:08
Sosial
15 Sentyabr 17:07
Siyasət
15 Sentyabr 16:59
Siyasət
15 Sentyabr 16:31
Siyasət
15 Sentyabr 16:30
Siyasət
15 Sentyabr 16:30
Dünya
15 Sentyabr 16:23
Gündəm
15 Sentyabr 16:22
Sosial
15 Sentyabr 16:07
Elanlar
15 Sentyabr 15:48
Dünya
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:30
YAP xəbərləri
15 Sentyabr 15:28
Sosial
15 Sentyabr 15:17
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:14
Siyasət
15 Sentyabr 15:13
Siyasət
15 Sentyabr 15:12
Siyasət
15 Sentyabr 15:10
YAP xəbərləri
15 Sentyabr 15:02
Sosial
15 Sentyabr 14:32
Analitik
15 Sentyabr 14:26
Dünya
15 Sentyabr 14:22
Gündəm
15 Sentyabr 14:03
Dünya
15 Sentyabr 13:59
Siyasət
15 Sentyabr 13:52
Gündəm
15 Sentyabr 13:24
Dünya
15 Sentyabr 13:15
Dünya
15 Sentyabr 12:25
Hadisə
15 Sentyabr 11:48
Elm
15 Sentyabr 11:47
Siyasət
15 Sentyabr 11:46
Elanlar
15 Sentyabr 11:37
Siyasət
15 Sentyabr 11:35
Sosial
15 Sentyabr 11:09
Sosial
15 Sentyabr 10:43
Siyasət
15 Sentyabr 10:42
Gündəm
15 Sentyabr 10:17
Gündəm
15 Sentyabr 09:48
Analitik
15 Sentyabr 09:20
Sosial
15 Sentyabr 08:52
Elm
15 Sentyabr 08:37
Sosial
15 Sentyabr 08:10
Dünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50

