Kənan Qubadzadə: Azərbaycan gəncliyi öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirir
01.02.2022 [13:57]
“Azərbaycanın inkişafını və milli gücünün artmasını təmin edən çox mühüm amillərdən biri uğurlu, milli maraqlara əsaslanan dövlət gənclər siyasətinin həyata keçirilməsidir. Bu siyasət konseptual xarakter daşıyır, zamanın çağırışlarına və dövrün reallıqlarına cavab verir. Gənc dövlət olan Azərbaycanda gənclər siyasətinin səmərəliliyi bir çox sahələrdə - siyasi, ictimai iqtisadi, mədəni-humanitar və digər sahələrdə ardıcıl nailiyyətlərin qazanılmasını şərtləndirir”.
Bu fikirləri Gənclər Mərkəzi İctimai Birliyinin sədri Kənan Qubadzadə deyib.
Azərbaycanda dövlət gənclər siyasətinin əsasının xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulduğunu söyləyən K.Qubadzadə əlavə edib ki, Ulu Öndər gənclərə daim xüsusi diqqət və qayğı göstərib: “Heydər Əliyev gənclərin potensialından səmərəli istifadə edilməsinə, onlara məqsədyönlü fəaliyyət göstərmələri üçün əlverişli şərait yaradılmasına daim böyük önəm verib. Eyni zamanda, Ümummilli Lider tərəfindən bu istiqamətdə müvafiq fərman və sərəncamların imzalanması gənclər siyasətinin hüquqi əsaslarının formalaşmasını təmin edib. Gənclərlə iş sahəsində vahid dövlət siyasətinin reallaşdırılması məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılıb. Ümummilli Liderin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-sinin Azərbaycan Gəncləri Günü elan edilməsi isə gəncliyin inkişafına xüsusi əhəmiyyət verilməsinin daha bir nümunəsidir. Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyev isə gənclər siyasətini tarixi ənənələr, mütərəqqi dəyərlər, yeni çağırışlar əsasında uğurla davam etdirir. Prezident İlham Əliyev “Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram”,-deyə bildirib”.
“Dövlət başçısının müvafiq sərəncamına əsasən 2007-ci ilin “Gənclər ili” elan edilməsi bu baxımdan xüsusi qeyd edilməlidir. 2011-ci il 19 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü il 2 iyul tarixində isə ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımlar da cəmiyyətdə təqdirlə qarşılanıb. Bunlarla yanaşı, “Azərbaycan gəncliyi Dövlət Proqramı” (2005-2009-cu illər), “Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)”, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramı, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”, “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı, “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” və digər bu kimi sənədlərin qəbul edilməsi gənclər siyasətinin səmərəliliyini daha da artırıb”,-deyə Kənan Qubadzadə əlavə edib.
Gənclər Mərkəzi İctimai Birliyinin sədri bu gün Azərbaycan gəncliyinin öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirdiyini bildirib: “44 günlük İkinci Qarabağ müharibəsi gənclərimizin rəşadətini, cəsarətini və Vətən sevgisini bütün dünyaya nümayiş etdirdi. İnanıram ki, Azərbaycan gəncləri bundan sonra da ölkəmizin inkişafına layiqli töhfə verəcəklər”.
Xəbər lenti
Hamısına baxSosial
30 May 23:32
İdman
30 May 23:15
Sosial
30 May 22:54
Hadisə
30 May 21:45
İdman
30 May 20:28
Analitik
30 May 19:50
Dünya
30 May 19:20
Dünya
30 May 18:14
Dünya
30 May 17:23
Dünya
30 May 16:47
Dünya
30 May 15:27
Dünya
30 May 14:40
Dünya
30 May 13:35
Dünya
30 May 12:24
Dünya
30 May 11:18
Dünya
30 May 10:22
Dünya
30 May 09:35
Dünya
30 May 08:31
Maraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35

